Atatürk o məşhur müğənninin saçlarını, ərininsə bığlarını kəsdirdi - FOTO/VİDEO
Bizi izləyin

Qadın

Atatürk o məşhur müğənninin saçlarını, ərininsə bığlarını kəsdirdi - FOTO/VİDEO

Dahi liderin saçlarını kəsdirdiyi müğənni

Bu gün Atatürkün sevdiyi sənətçi və “Cümhuriyyətin divası” kimi tanınan Müzəyən Senarın ölümündən 2 il keçir.

Publika.az Türkiyə mətbuatına istinadən məşhur müğənninin həyatından maraqlı məqamları təqdim edib.

Müzəyyən Senar musiqi təhsilini Anadolu Musiqi Cəmiyyətində alıb. Kamança ustadı Kamal Niyazi Seyhun olub. Ud alətində ifanı Hayriyə xanımın himayəsi altında öyrənib. Güclü səsə malik olan bu qızcığazın şöhrəti yayıldıqca hafiz Sadettin Kaynak, Selahattin Pınar, Lemi Atlı, Mustafa Nafiz İrmak kimi dövrün mühüm ustadları da ona dərslər verib.

Özünəməxsus səsi ilə seçilən müğənni türk dünyasının dahi lideri Atatürkün ən çox dinlədiyi və sevdiyi sənətçi kimi şöhrət qazanıb.

Atatürk rəqsə qaldıranda dizlərim titrədi!

M.Senar Türkiyə mətbuatına illər öncə verdiyi müsahibədə Atatürklə tanışlığını belə xatırlayıb: “1936-cı ilin payızı idi. Dolmabaxça Sarayına getdik, səhərə qədər mahnı oxuduq. Atatürk kitabı götürüb: “Onu oxu, bunu oxu”, - deyirdi. Söhbət etmirdik, sadəcə mahnı oxuduq. Arağı, ləbləbisi, siqareti də qarşısında idi. Araq çox içmirdi.

Sonra 1937-ci ildə yenə getdim. Səlahattin Pınar gəlib Bursaya Atatürkün yanına gedəcəyimizi xəbər verdi. Mənim üçün ziyafət libasları da almışdı. Beləcə yola düşdük. Yenə də saatlarla mahnılar ifa etdik. Ertəsi gün Merinos Zavodunun açılış mərasimində iştirak etmək üçün Bələdiyyə Sarayına yollandıq. Bu dəfə məni dəyirmi masaya dəvət etdi və ünvanıma çoxlu “komplimentlər” söylədi. Hətta rəqsə dəvət etdi. Mən də rəqs edə bilmirəm... O an dizlərim titrədi. Rəqs edə bilmədiyimi dərhal anladı. Heç bilmirəm orada necə oldu ki, utancdan ölmədim”.

Saç modeli də Atadan yadigar

“Qarşısına gələndə yavər (Yardımçı - xidməti tapşırıqları və ya qərargah işlərini yerinə yetirən kiçik rütbəli şəxs – red.) ona “Senar xanım hüzurunuzda” dedi. “Centlmen də həyat yoldaşıdır” deyə əlavə etdi. Atatürk “Eləmi? Çox gözəl. Gəl görək, xanım qızım. Yanımda otur”,- dedi. Sağ tərəfinə bir stul çəkdilər. Utana-utana stulun kənarında əyləşdim. Həyəcanımı hiss etdiyi üçün mənə ürək-dirək verməyə çalışdı.

“Otur görək. Çəkinmə. Əgər belə etsən, o gözəl səsinə necə qulaq asarıq” , - deyə əlavə etdi.

Sonra birdən üzmə dönüb baxdıqda "Aaa! Saçların niyə belədir?” deyib yavərə işarə etdi. Qulağına nə isə pıçıldadı. Yavər “Müzəyyən xanım, xahiş edirəm məni təqib edin”, - dedi. Zaldan çıxıb qara mərmərlərlə örtülmüş böyük bir hamama gəldim. Birdən qorxuya qapıldım.

Yavər “Narahat olmayın, bərbərimiz yalnız sizin saçınızı və həyat yoldaşınızın bığını kəsəcək”, - söylədi. Sonradan öyrəndiyimə görə, Atatürk mənim toplanmış saçlarımı bəyənməmişdi və müasir görünməyim üçün saçlarımı kəsdirtmək istəmişdi. Bərbər saçımı çox qısa kəsdi. Birdən görünüşüm tamamilə dəyişmişdi. Müğənninin əri Əli də bığlarını itirdi. Bir az sonra hüzuruna gedəndə "Bax indi əla oldu. Qoltuğunun altındakı dəftəri ver görək, Yəqin ki, mahnı dəftəridir?” , - deyə soruşdu. Dəftəri onlara uzatdım. Bu söhbətləri masada bizə yaxın olanlar da aydın eşidirdi. Saleh Bozokla Kılıç Əli mənim yanımda oturmuşdu. Sonra Tatyos Əfəndinin “Mani oluyor halimi takrire hicabım” mahnısını seçib onu oxumağımı istədi. İmtahanların ən böyüyü idi...”

Qeyd edək ki, bir neçə dəfə evli olan müğənni sonuncu dəfə Səudiyyə Ərəbistanının səfiri ilə ailə qurub. Hökumətin ona sənətkar olduğu üçün bu evliliyə icazə vermədiyini söyləyən Senar o illəri belə xatırlayır: "Bir dəfə aşiq oldum, o da Səudiyyə Ərəbistanının səfirinə. Evləndik, səfirə oldum. Lakin müğənni olduğum üçün hökumət bu evliliyi istəmədi və bizi ayırdı".

M.Senar 2015-ci ildə 96 yaşında vəfat edib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm