“Azəryolservis”dən sürücülərə xoş xəbər
Bizi izləyin

Qırmızı.az

“Azəryolservis”dən sürücülərə xoş xəbər

Sabunçu rayonu Rüstəm Rüstəmov küçəsində, daha dəqiqi, “İmam Zaman” məscidinin qarşısından Ramiz Qəmbərov küçəsi ilə kəsişməyədək olan hissəsində aparılan təmir-tikinti işləri yekunlaşıb.

“Azəryolservis” ASC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, küçənin bu hissəsi tam yeni görkəmdə sürücülərin ixtiyarına verilib.

Rüstəm Rüstəmov küçəsinin təmir olunmuş hissəsinin uzunluğu 690 metr, ortalama eni isə 16 metrdir. Sözügedən ərazidə mühəndis-kommunikasiya xətləri çəkilmiş xəndəklərin üstü bərkidildikdən sonra ümumilikdə küçənin 10800 kvadrat metr sahəsinə yeni asflat-beton örtüyünün döşənməsi işləri aparılıb.

Bundan başqa küçədə köhnə səki daşları yeniləri ilə əvəzlənib. Küçəyə təqribən 700 paqon-metr yeni səki daşı düzülüb. Təmir işləri zamanı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları da dəyişdirilib.

İşlər Nəqliyyat Nazirliyi və “Azəryolservis” ASC rəhbərliyinin nəzarəti altında aparılıb. Küçədə nəqliyyat vasitələrinin hərəkətinin intensivliyi nəzərə alınaraq işlər qısa müddət ərzində yüksək keyfiyyətlə aparılaraq, yekunlaşdırılıb.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm