Müəllimlər sınağa çəkilir
Bizi izləyin

Qırmızı.az

Müəllimlər sınağa çəkilir

İyulun 21-də ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları başlayıb.

Publika.az xəbər verir ki, iyulun 21-dən 29-dək aparılacaq imtahanlar Azərbaycan Dövlət İqtisad Universitetinin 2-ci tədris binasında (AZ1072, Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi 135) keçiriləcək.

Ümumilikdə, müəllimlərin işə qəbulu üzrə müsabiqəyə 24 437 nəfər elektron ərizə ilə müraciət edib, onlardan 21 795 nəfərin ərizəsi qəbul olunub. Müsabiqəyə müraciət edənlərin böyük əksəriyyəti ibtidai sinif müəllimləridir.

Elektron ərizə verənlərin fənlər üzrə təsnifatına görə, 6 440 nəfər (29,54 faiz) ibtidai sinif, 2 971 nəfər (13,63 faiz) Azərbaycan dili və ədəbiyyat, 2 354 nəfər (10,80 faiz) ingilis dili, 1 916 nəfər (8,79 faiz) riyaziyyat, 1 260 nəfər (5,78 faiz) tarix, 1 152 nəfər (5,28 faiz) informatika, 974 nəfər (4,46 faiz) fiziki tərbiyə, 954 nəfər (4,37 faiz) coğrafiya , 804 nəfər (3,68 faiz) biologiya, 778 nəfər (3,56 faiz) fizika, 665 nəfər (3,05 faiz) kimya, 475 nəfər (2,17 faiz) texnologiya, 289 nəfər (1,32 faiz) təsviri incəsənət, 211 nəfər (0,96 faiz) musiqi, 180 nəfər (0,82 faiz) rus dili, 151 nəfər (0,69 faiz) rus dili və ədəbiyyatı, 118 nəfər (0,54 faiz) fransız dili, 103 nəfər (0,47 faiz) alman dili müəllimidir.

Namizədlər tərəfindən ən çox seçilən vakant yerlər aşağıdakı şəhər və rayonlar üzrə olub: Bakı şəhəri üzrə 351 yer (10,14 faiz), Cəlilabad rayonu üzrə 202 yer (5,83 faiz), Laçın rayonu üzrə 180 yer (5,20 faiz), Quba rayonu üzrə 172 yer (4,96 faiz), Lerik rayonu üzrə 165 yer (4,76 faiz).

Elektron ərizəsi təsdiq olunanların böyük əksəriyyəti (19 911 nəfər, 91,36 faiz) 35 yaşadək gənclərdir. Namizədlərin 1 661 nəfəri (7,62 faiz) 35-50 yaş, 223 nəfəri (1,02 faiz) 50-65 yaş arasındadır

Oxumağa davam et
Reklam
Reklam

Gündəm