AMEA-nın yubileyi üçün film çəkilir
Bizi izləyin

Qırmızı.az

AMEA-nın yubileyi üçün film çəkilir

AMEA Rəyasət Heyətinin qərarına əsasən Akademiyanın 70 illik yubileyi ilə əlaqədar “Azərbaycanın elm məbədi” adlı sənədli film çəkilir. Akademiyanın tarixi ənənələrini və müasir inkişafını əks etdirəcək filmin elmi məsləhətçisi AMEA-nın prezidenti, akademik Akif Əlizadədir.

Publika.az xəbər verir ki, filmi hazırlayan yaradıcı qrupun rəhbəri və ssenari müəllifi AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin verdiyi məlumata görə, çəkilişlər əsasən başa çatmaq üzrədir. “Salnamə” studiyasının çəkdiyi filmin baş rejissoru tanınmış kino xadimi Ayaz Salayev, operatoru Moskva Dövlət Kinomatoqrafiya İnstitutunu bitirmiş Yuri Varnovskidir.

Yaradıcı qrup AMEA-nın əhatə etdiyi əksər elmi-tədqiqat institutlarında çəkilişlər aparıb, müsahibələr alıb. Bundan başqa, Foto-Kino Sənədləri Arxivindən nadir materiallar əldə olunub. Eyni zamanda, Ukrayna Elmlər Akademiyasının prezidenti, akademik Patondan, Rusiya Elmlər Akademiyası Dünya Ədəbiyyatı İnstitutunun direktoru, akademik Aleksandr Kudelindən də Azərbaycanda elmin və Elmlər Akademiyasının inkişafı ilə əlaqədar müsahibələr alınıb.

Növbəti aylarda “Azərbaycanın elm məbədi” filminə dair əldə edilmiş tarixi materialların və yeni çəkilmiş videolentlərin montajı işi aparılacaq.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm