Ekologiya Nazirliyindən Xəzərdə balıqların kütləvi ölümü ilə bağlı AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

Ekologiya Nazirliyindən Xəzərdə balıqların kütləvi ölümü ilə bağlı AÇIQLAMA

"Xəzər dənizinin Azərbaycana aid hissəsində balıqların kütləvi ölümü qeydə alınmayıb”.

Bunu Publika.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

Yay aylarında oksigen çatışmaması səbəbindən belə halların baş verdiyini deyən İ. İbrahimovanın sözlərinə görə, nazirliyin əməkdaşları tərəfindən faktla bağlı monitorinq aparılıb və Xəzərin Azərbaycan sektorunda balıqların ölümü halı qeydə alınmayıb:

“Azərbaycanda isti hava Dağıstanla müqayisədə daha tez müşahidə edilir və Xəzərin Azərbaycana aid hissəsində sular daha tez qızdığından balıqlar ya daha dərin suları seçiblər, ya da şimala doğru gediblər. Ümumiyyətlə isə, kəskin isti havalarda balqıların ölümü təbii haldır".

Qeyd edək ki, Rusiya balıqçılıq Qərbi Xəzər ərazi idarəsinin Mahaçqala rayonlararası şöbəsinin rəisi Ənvər Zahidov balıqlarda hər hansı parazit xəstəlik və infeksiya aşkar edilmədiyini deyib. Onun sözlərinə görə, anomal istilərdən başqa, oksigen çatışmazlığı da onların məhvinə səbəb kimi göstərilir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm