Qırmızı.az
Azərbaycanda Daxili Qoşunlar Günüdür
Bu gün Azərbaycanda Daxili Qoşunlar Günüdür. Daxili Qoşunlar 1991-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə yaradılıb. Daxili Qoşunların funksiyaları, vəzifələri, fəaliyyətinin əsas prinsipləri “Daxili Qoşunların statusu haqqında" Azərbaycan Respublikasının 1994-cü il tarixli Qanunu ilə müəyyən olunub.
Həmin Qanuna əsasən Daxili Qoşunlar aşağıdakı vəzifələri yerinə
yetirirlər:
- digər daxili işlər orqanları ilə birlikdə şəhərlərdə və digər
yaşayış məntəqələrində post-patrul xidməti vasitəsilə ictimai
asayişin qorunmasında, habelə kütləvi tədbirlər keçirilərkən
ictimai təhlükəsizliyin təmin olunmasında iştirak edir:
- mühüm dövlət obyektlərini, kommunikasiya qurğularını, xüsusi
yükləri mühafizə edir;
- mühafizə olunan əraziyə soxulmuş şəxslərin axtarılmasında və
tutulmasında iştirak edir;
- Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat
İdarəsinin anbarlarını və hərbi bazalarını mühafizə edir;
- mühafizə olunan obyektlərdə və qurğularda qəzaların, yanğınların,
təbii fəlakətlərin və buna bənzər başqa halların nəticələrinin
ləğvində iştirak edir;
- yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının
alınmasında iştirak edir;
- qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa
fövqəladə hallar zamanı, habelə fövqəladə vəziyyətin hüquqi rejimi
təmin edilərkən adamların xilas edilməsi, sahibsiz qalmış əmlakın
mühafizəsi, ictimai asayişin qorunması üçün təxirəsalınmaz
tədbirlər görməklə daxili işlər orqanlarına kömək göstərir;
- cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısını almağa
kömək göstərir;
- mühafizədən qaçmış məhkumların və həbs edilmiş şəxslərin
axtarılmasında və tutulmasında iştirak edir;
- zərurət olduqda Azərbaycan Respublikasının ərazisinin
müdafiəsində iştirak edir.
Daxili Qoşunlara başqa vəzifələr ancaq qanunla həvalə edilə
bilər.
Hərbi qanunvericilik, nizamnamələr, hərbi qulluqçuların xidmət
keçməsi məsələləri üzrə Daxili Qoşunların fəaliyyəti Silahlı
Qüvvələr üçün müəyyən edilmiş hərbi-normativ aktlarla
nizamlanır.
Daxili Qoşunların Komandanı birbaşa Daxili İşlər Nazirinə tabedir
və onun müavinidir.
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 mart tarixli
fərmanları ilə “Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi
Hissəsinin Döyüş Bayrağı haqqında” Əsasnamə, “Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Döyüş
Bayrağının təsviri”, “Azərbaycan Respublikası Daxili İşlər
Nazirliyinin Daxili Qoşunlarının emblemi haqqında” Əsasnamə və
“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili
Qoşunlarının emblemi” təsdiq olunub.
Azərbaycan Respublikası Prezidentinin 9 mart 1995-ci il tarixli
fərmanı ilə Qoşunların Azərbaycanın ərazi bütövlüyü uğrunda
Ermənistanın hərbi təcavüzünə qarşı döyüşə başladığı gün-Martın
12-si “Daxili Qoşunlar Günü” elan edilmişdir.
Dağlıq Qarabağ münaqişəsində iştirak edən Daxili Qoşunların şəxsi
heyətindən 496 nəfəri şəhid olub, 268 nəfər itkin düşüb və 1166
nəfər yaralanıb.
Göstərdikləri qəhrəmanlıq və igidliyə, eləcə də hərbi borclarının
yerinə yetirilməsinə vicdanla yanaşdıqlarına görə Daxili Qoşunların
9 hərbi qulluqçusu (onlardan 8-i ölümündən sonra) Azərbaycanın
Milli Qəhrəmanı adına layiq görülmüş, 1738 nəfər müxtəlif dövlət
mükafatları ilə təltif olunub.
Daxili Qoşunlarda xidmət keçmək üçün zabitlərin hazırlanması
Müdafiə Nazirliyinin Ali Hərbi Məktəbində həyata keçirilir.
Qoşunların gizir və müddətdən artıq xidmət ediən hərbi
qulluqçularla komplektləşdirilməsi əsasən həqiqi hərbi xidməti başa
vurduqdan sonra xidmətini davam etdirməyə öhdəlik vermiş şəxslərin
hesabına həyata keçirilir.
Kiçik komandir və mütəxəssislərin hazırlanması 3 ay müddətində
həyata keçirilir və kursları bitirdikdən sonra onlar xidmətlərini
davam etdirmək üçün hərbi hissələrə göndərilirlər.
Azərbaycan Respublikasının Konstitusiyasına və “Hərbi xidmət keçmə
haqqında Əsasnamə”yə əsasən ali təhsilli şəxslər üçün xidmət
müddəti 12 ay, digər şəxslər üçün isə 18 aydır.
Daxili Qoşunların Türkiyə Respublikası, Çin Xalq Respublikası,
Amerika Birləşmiş Ştatlarının və digər dövlətlərin müvafiq
qurumları ilə əməkdaşlıq əlaqələri mövcuddur.
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi