Bakıda bankların iş saatı dəyişdirilir
Bizi izləyin

Qırmızı.az

Bakıda bankların iş saatı dəyişdirilir

Bakıda özəl və bank sektorunda işləyənlərin iş saatı dəyişdirilə bilər. Publika.az xəbər verir ki, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Bakı şəhərində özəl sektorda fəaliyyət göstərən işəgötürənlərə və bankların rəhbərlərinə müraciət ünvanlayıb.

Mürəciətdə Bakı şəhərində ictimai şəhər nəqliyyatının iş rejimini normallaşdırmaq, avtomobil yollarında tıxacların yaranmasına şərait yaratmamaq və sərnişin daşımalarında yol hərəkətinin təhlükəsizliyini yüksəltmək məqsədilə 2015-ci ilin avqust ayından başlayaraq Bakı şəhərində iş vaxtının özəl sektorda saat 07:30 – 08:00 radələrində, bank sektorunda isə saat 10:00-dan başlanması tövsiyə olunur.

Müraciətdə qeyd edilir ki, işçilərin ümumi sayı 50 nəfərədək olan sənaye, nəqliyyat, tikinti, ticarət və digər xidmət müəssisələrində işçilərin Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək, sosial və iqtisadi hüquqlarını məhdudlaşdırmamaq şərti ilə işəgötürən nəzərdə tutulmuş qaydadan fərqli iş vaxtı müəyyən edə bilər.

Bu baxımdan işçinin əmək müqaviləsində nəzərdə tutulmuş iş vaxtının başlanması vaxtının dəyişdirilməsi onun əmək şəraiti şərtlərinin dəyişdirilməsi kimi qəbul edilməlidir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm