Qırmızı.az
Nazir işsiz vətəndaşlarla bağlı tapşırıq verdi
Martın 12-də əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Nazirliyin Şirvan şəhər Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında bu şəhərin və Hacıqabul, Sabirabad, Saatlı rayonlarının sakinlərini qəbul edib.
Nazirliyin mətbuat xidmətindən Publika.Az- a verilən məlumata görə, ümumilikdə 50 nəfərdən çox vətəndaşın müraciəti dinlənilib və hər bir müraciət nazirliyin aidiyyatı mütəxəssislərinin iştirakı ilə obyektiv şəkildə araşdırılıb. Əksər müraciətlərdə əksini tapan məsələlər yerindəcə həll olunub. Ayrı-ayrı əlil şəxslərin əlil arabaları ilə təmin edilməsi, bərpa-müalicəsinə ehtiyacı olan imtiyazlı vətəndaşlara nazirliyin bərpa müəssisələrinə göndərişlərin, habelə sanator-kurort yollayışlarının verilməsi barədə tapşırıqlar verilib. İşsiz olduqlarını bildirən şəxslərin məşğulluğunun qısa vaxtda təmin edilməsi, lazım gəldikdə həmin şəxslərin peşə hazırlığı kurslarına cəlb edilməsi üçün yerli məşğulluq orqanlarına aidiyyatı tədbirlər görmələri tapşırılıb. Dövlət hesabına mənzillə və avtomobillə təmin olunmaq üçün müraciət edən imtiyazlı şəxslərə məhz növbəlilik prinsipi əsasında mənzil və avtomobil ala biləcəkləri, növbəyə dayanmaq üçün isə aidiyyatı icra hakimiyyəti orqanına müraciət etməli olduqları bildirilib.
Nazir əlavə edib ki, prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bu il bütün avtomobil növbəsində olan vətəndaşlar avtomobillə təmin olunacaq. Eyni zamanda, bəzi vətəndaşların müraciətlərinə uyğun olaraq, onların yerli tibbi-sosial ekspert komissiyaları tərəfindən əlillik müayinəsinə cəlb olunmaları, ailələrinin ünvanlı yardım almaq hüququnun olub-olmamasının araşdırılması barədə göstərişlər verilib. Müraciətlərin bir qismi isə nazirliyin səlahiyyətlərinə aid olmayan məsələləri əhatə edib və bu tipli müraciətlərlə qəbula gələn vətəndaşlara həm hüquqi, həm də digər mümkün köməkliklərin edilməsi üçün həmin müraciətlərin müvafiq qurumlara çatdırılacağı bildirilib.
S.Müslümov vətəndaşlarda haqlı narazılıq yaradan hallarla bağlı ciddi inzibati tədbirlərin görülməsi, nazirliyin yerli strukturlarında hər bir vətəndaşın müraciətinə diqqət və həssaslıqla yanaşılması və s. barədə tapşırıqlar verib.
Qeyd edək ki, Hacıqabul, Sabirabad, Saatlı rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Şirvan şəhərinə aparılıb gətirilmələri təmin edilib.
Publika.Az
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirilir
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq