Saytlar dildən necə istifadə edir? - Layihə
Bizi izləyin

Qırmızı.az

Saytlar dildən necə istifadə edir? - Layihə

Dilimizdən istifadə ilə bağlı mövcud vəziyyət və problemlər

Media və Mülki Cəmiyyət İctimai Birliyinin yeni yayihəsi bu mövzuya həsr olunub

Media və Mülki Cəmiyyət İctimai Birliyi “Müasir informasiya cəmiyyətində Azərbaycan dilinin istifadəsi problemlərinin ictimai müzakirəsi” mövzusunda növbəti layihəsinə start verib. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir. Bu barədə Publika.Az-a layihənin rəhbəri, Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov məlumat verib.

X.Əhmədov bildirib ki, layihədə Azərbaycanın əksər mətbuat orqanları, o cümlədən internet, radio və televiziya kanalları üçün xarakterik olan ədəbi dil normalarının pozulması halları, dilimizdən istifadə ilə bağlı mövcud vəziyyət və problemlərindən bəhs olunur. Eyni zamanda, dublyaj edilən filmlərdə, küçə və meydanlardakı reklamlarda, afişalarda Azərbaycan dilinin ən adi leksik və qrammatik qaydalarının pozulması, xarici dillərdə olan İKT ilə əlaqəli sözlərin işlədilməsi vəziyyəti, Azərbaycandilli saytların vəziyyəti təhlil və monitorinq ediləcək, həmçinin dövlət orqanlarının, İKT sahəsində çalışan özəl qurumların, ekspertlərin, elm və təhsil sahəsinin, KİV-lərin, vətəndaş cəmiyyəti subyektlərinin nümayəndələrinin iştirakı ilə ictimai müzakirələr aparılacaq.

Layihədə, eyni zamanda Azərbaycan dilindən həyatın bütün sahələrində daha dolğun, qanunauyğun şəkildə istifadə olunması üçün maarifləndirmə işinin aparılması və ictimai diqqətin bu işə cəlb edilməsi nəzərdə tutulub. “Media və reklam sahəsində mətn, tərcümə və dublyaj işlərində dildən düzgün istifadənin monitorinqinin aparılması, maraqlı tərəflərin iştirakı ilə ictimai müzakirələrin həyata keçirilməsi , eləcə də, Azərbaycan dilindən düzgün istifadə edilməsi üçün təkliflərin hazırlanması və aidiyyatı qurumlara təqdim edilməsi də layihənin məqsədlərinə daxildir”-deyə X.Əhmədov qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm