• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

TƏHLÜKƏ: şirə qutusundan şüşə qırıntısı çıxdı - BAKIDA

TƏHLÜKƏ: şirə qutusundan şüşə qırıntısı çıxdı - BAKIDA

Azərbaycanda satılan bir sıra ərzaq məhsulları tələblərə cavab vermir.

Bunu çərşənbə axşamı Trend-in Mətbuat Mərkəzində jurnalistlər üçün keçirilən brifinqdə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, qurumun apardığı araşdırmalar zamanı Azərbaycanda satılan bitki yağlarının qida normalarına cavab vermədiyi aşkarlanıb.

Qurum bunun üçün aidiyyatı qurumlara müraciət edib deyən E.Hüseynov insanları bu yağları almamağa çağırıb: “Bizim araşdırmalarımız zamanı “Zolotoya Semeçka” markası adı altında satılan yağlarda turşuluğun normadan artıq olduğu aşkarladıq. Bununla yanaşı Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən “Fazil” firması tərəfindən istehsal olunan yağların üzərində 40 faiz kərə yağı yazılmasına baxmayaraq, sözügedən məhsulda ümumiyyətlə kərə yağının olmadığı aşkarlnaıb. Bu isə təbii ki, alıcıların faktiki aldadılmasıdır. Bununla bağlı aidiyyatı qurumlar hərəkətə keçməli və sözügedən şirkət məsuliyyətə cəlb olunmalıdır”.

Bakıda körpələr üçün satılan “Helier” şirəsinin qutusundan şüşə qırıntısının aşkarlandığını bidlirən qurum rəhbəri qeyd etdi ki, dünya təcrübəsində belə bir hal olanda həmin məhsulun partiyası zavoda geri qaytarılır. E.Hüseynov qeyd etdi ki, sözügedən məhsulu Azərbaycana gətirən şirkətin rəhbərliyi ilə görüşsə də, həmin şirələr hələ də ölkəmizə idxal olunur: “Belə hallar çoxdur. Məsələn bir sıra rayonlarımızda sanitar normalara cavab verməyən sexlərdə düşes şirələri istehsal olunaraq satışa çıxarılır. Bununla yanaşı bəzi sexlər gecə saatlarında gizli yollarla məhsul istehsal edərək ucuz qiymətlə satışa çıxarır. Biz bununla bağlı aidiyyatı qurumlara müraciət eləmişik. Ümid edirik ki, yaxın vaxtlarda bu faktlar araşdırılacaq və lazımi tədbirlər görüləcək”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR