19 yaşlı qız 66 yaşlı kişinin başını üzdü - Dəhşətli təfərrüat
Bizi izləyin

Qırmızı.az

19 yaşlı qız 66 yaşlı kişinin başını üzdü - Dəhşətli təfərrüat

Bu gecə Türkiyənin İzmir şəhərində baş verən dəhşətli cinayətin şok təfərrüatları məlum olub.



Anspress-in məlumatına görə, mənzillərin birində yanğın olub. Yanğın söndürüldükdən sonra evin sahibi 66 yaşlı U.Y.-nın meyiti tapılıb. Aparılan tibbi ekspert zamanı onun yanğın zamanı ölmədiyi məlum olub.


Belə ki, kişinin boğazı kəsilib, daha sonra ev yandırılıb. Polisin keçirdiyi əməliyyat zamanı dəhşətli cinayətin 19 yaşlı H.H. tərəfindən törədildiyi məlum olub. Cinayəti araşdıran polis daha bir ağır cinayətin üstünü açıb.



Araşdırmalar zamanı məlum olub ki, 66 yaşlı kişi gənc qızı evinə aparıb. O, qızı kömək etmək məqsədilə aldadaraq evinə dəvət edib. Daha sonra qızı evində zorlayıb. Qızı zorladıqdan sonra isə yaşlı kişi ona evdən getməyə icazə verməyib. O, gecəni qızla keçirtmək istədiyini deyib. Qız isə onu zorlayan kişidən ağır intiqam almaq istəyib və öz fikirlərini həyata keçirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm