Tufandağ buzlağında ərimə sürətlənib - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Tufandağ buzlağında ərimə sürətlənib - FOTOLAR

Ötən illərlə müqayisədə Tufandağ buzlaq sahəsində azalma və ərimə prosesi sürətlənib.

Publika.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mütəxəssislərinin iştirakı ilə Tufandağ buzlağını tədqiq etmək üçün aparılan ekspedisiya zamanı müəyyən edilib.

3755 metr yüksəklikdə aparılmış tədqiqatlar buzlaq üzərində olan çatların sayının və ölçüsünün artdığı, buzlaq dilinin 10-13 metr geriyə çəkildiyi, buzlaq dilindən çıxan Mahmuddərə çayında suyun səviyyəsinin artdığı müəyyən olunub. Buzlağın parametrləri, koordinatı GPS və Lazer məsafə ölçəni ilə təyin edilib.

Qeyd edək ki, Tufandağ buzlağı Tufan zirvəsindən şimal istiqamətdə yerləşir və ərazinin ən böyük buzlağı hesab olunur. Ərazidə yerləşən buzlaq ağırlıq qüvvəsinin təsiri ilə şimal istiqamətində hərəkətə meyillidir və əksər hallarda asılı şəkildə dayanır. Morfoloji tipinə görə Tufandağ buzlaqları kar və asılı buzlaqlardır.

İqlimdə baş verən istiləşmə və ya soyuqlaşma özünü buzlaqların sahəsinin dəyişməsində çox tez büruzə verir. Başqa sözlə, buzlaqlar qlobal iqlim dəyişmələrinin əsas indikatorudur və bu dəyişmələri əyani görmək üçün unikal obyektlər, həmçinin şirin su ehtiyatlarıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm