Qırmızı.az
Artırılan eyvanların hamısı söküləcək – RƏSMİ XƏBƏRDARLIQ
Bakıda Sovet dövründə tikilən binalara edilən əlavələrin hamısı söküləcək.
Bu barədə Bakı şəhər İcra Hakimiyyətinin "Tikintiyə nəzarət”
şöbəsindən məlumat verilib.
Verilən məlumatda bildirilir ki, dünən Yasamal rayonu ərazisində
yaşayış binalarının artırılmış balkonları tam qanun çərçivəsində
merin tapşırığına uyğun olaraq sökülüb.
Ərazidə aparılan abadlıq işlərilə bağlı Nərimanov heykəlinin
yanından Vergilər Nazirliyinin arxasına qədər, rayonun A. Ağayev
küçəsində abadlıq işləri aparılıb. İşlərə uyğun olaraq ərazidə
yerləşən binalarda artırılmış balkonlar sökülüb. Bu addım həm
təhlükəsizlik, həm də şəhərin görünüşünə xələl gətirməyin qarşısını
almaq məqsədilə atılıb.
Qurumdan onu da bildirdilər ki, artırılma balkona görə verilən
sənədlər də əslində qanuni deyil. Çünki Sovet dövründə tikilən
binanın infrastrukturuna heç bir dəyişiklik etmək olmaz.
Bakı meriyasından onu da əlavə etdilər ki, gələcəkdə də, abadlıq
aparılacaq digər ərazilərdə belə hallar olarsa, mütləq qarşısı
alınacaq: "Əgər hansısa ərazilərdə abadlıq işləri aparılacaqsa və
artırılma balkon, yaxud hansısa dəyişiklik aşkarlanarsa, o zaman
müvafiq tədbirlər görüləcək. Artırılma balkonlar söküləcək”.
(baku.ws)
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər