Ordubadda kommunizm: satıcısı olmayan çörək mağazası – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Ordubadda kommunizm: satıcısı olmayan çörək mağazası – FOTOLAR

Ordubadda xeyirxah layihəyə start verilib.

Publika.az xəbər verir ki, Qurban Məmmədov adlı sosial şəbəkə istifadəçisi Ordubad rayonunun Vənənd kəndində “Divanxana meydanı” deyilən ərazidə satıcısı olmayan çörək mağazasının fotolarını paylaşıb.

İstifadəçinin sözlərinə görə, bu satış qaydası Ordubadda 100 ildir davam edir. Satıcı olmadığından adamlar çörəyi götürüb pulunu qutuya qoyurlar.

“Bəzən də satıcı sübh tezdən qapılara, darvazalara asılan torbalara çörəyi qoyur, 3 saatdan sonra isə həmin torbalardan pulunu yığır. Adamlar bazarlığa vaxt itirmir. Bəzən satılan meyvə-tərəvəzin pulunu yığmaq üçün orada balaca uşağı qoyurlar. Bir adamın da ağlına uşağı aldatmaq, haram yemək gəlmir. Belə bir millətə mənsub olmaqla qürur duymamaq olarmı?”

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm