• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Arif Rəhimzadənin JEK-lərlə bağlı təklifi var

Arif Rəhimzadənin JEK-lərlə bağlı təklifi var

"Əvvəlki illərlə müqayisə etsək, əlbəttə, bələdiyyələrin fəaliyyətində müsbət dönüş çoxdur. Xüsusilə, bələdiyyələrin birləşdirilməsi prosesi həyata keçirildikdən sonra ciddi irəliləyişlər baş verir. Yəni, bu amil inkişaf üçün əhəmiyyətli dərəcədə müsbət təsir göstərdi. Kiçik bələdiyyələrin nə maliyyə imkanı, nə də kadr potensialı var idi. Onların heç bir bazası yox idi, ona görə də, insanlara lazımi səviyyədə xidmət göstərə bilmirdilər. Birləşmə prosesindən sonra isə bu yöndə vəziyyət düzəlir".

Publika.Az xəbər verir ki. bu sözləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP-ın Regional inkişaf və yerli özünüidarə komissiyasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə yap.org.az-a müsahibəsində deyib.

Onun sözlərinə görə, bələdiyyələrin əsas vəzifələrindən biri bir sıra yerli sosial məsələlərin həllini öz üzərinə götürməsidir:

“MİS-lər ləğv olunduqdan sonra bu qurumun işlərini kim görəcək? İnsanlar, hər bir məhəllənin sakinləri gərək birliklər yaratsınlar və işlərə nəzarət etsinlər. Onlar abadlıq və digər məsələlərlə bağlı fəal olmalıdırlar. İndiyə kimi insanlar bəzi müraciətlərini MİS-lərə edirdilər. Hesab edirəm ki, bu məsələdə ictimai fəallıq artmalıdır. Birdən-birə bələdiyyələrdən bütün işləri tələb etmək düzgün deyil. Bələdiyyələrin işlərində nöqsanların bir hissəsi də ictimai fəallığın zəif olmasından irəli gəlir.

Ümumilikdə isə hesab edirəm ki, bələdiyyələr fəaliyyətini getdikcə daha da təkmilləşdirəcək”.

A.Rəhimzadə onu da bildirib ki, bələdiyyələr demokratik bir təsisatdır, vətəndaş cəmiyyətinin bir formasıdır. Azərbaycanın demokratiya yolunda irəliləyən bir dövlət olduğunu nəzərə alsaq, müstəqil özünüidarəetmə strukturunun-bələdiyyələrin fəaliyyəti mütləq vacibdir:

“Ötən illər göstərdi ki, ölkəmizdə bələdiyyələrin fəaliyyəti üçün münbit şərait yaradılır. Bu, ilk növbədə, bələdiyyələrin fəaliyyətinin yüksək səviyyədə tənzimlənməsi istiqamətində qanunvericiliyin mövcudluğuna əsaslanır. Bu gün Azərbaycanda bələdiyyələrin fəaliyyəti üçün yüksək səviyyədə qanunvericilik mövcuddur. Yəqin ki, illər keçdikcə, bələdiyyələrin fəaliyyətində daha çox canlanma müşahidə edəcəyik. Bu onunla əlaqədardır ki, bələdiyyə institutlarının təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılır. Artıq bələdiyyələrin formalaşdırılmasında və onların fəaliyyətində Avropa standartlarından, təcrübəsindən istifadə olunur. Bildiyiniz kimi, vaxtaşırı olaraq qanunvericilikdə edilən əlavə və dəyişikliklər də bu təkmilləşdirmənin əsas amillərindən sayıla bilər”.

Xatırladaq ki, martın 7-də YAP-ın Regional inkişaf və yerli özünüidarə komissiyasının iclası keçirilib. İclasda “Bələdiyyə seçkiləri və qarşıda duran vəzifələr”, “Yerli əhəmiyyətli məsələlərin həllində bələdiyyələrin fəaliyyəti” və “Ətraf mühitin qorunması sahəsində yerli orqanların fəaliyyəti” mövzularında tədbirlərin keçirilməsi müzakirə edilib.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR