Qırmızı.az
"BakuBus" açıqladı: 1 nömrəli marşrut bu tarixdə...
Sentyabrın 7-dən etibarən Bakı şəhərinin mərkəzi hissəsində “BakuBus” MMC yeni 1 nömrəli sərnişin avtobus marşrut xəttini istifadəyə verəcək.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən “Report”a daxil olan xəbərə görə, bununla bağlı Bakı şəhər İcra Hakimiyyətindən məlumat daxil olub.
Belə ki, Fransa istehsalı olan “Iveco” avtobusları 1 saylı xətt üzrə “28 May” metro stansiyasından başlayaraq, Heydər Əliyev prospektindən keçərək və “Koroğlu” metro stansiyasına hərəkət edəcək. Ümumi uzunluğu 17,7 km olan marşrut xətti hər iki istiqamət üzrə 15 dayanacağı özündə birləşdirir və nəzərdə tutulmuş xətt üzrə 12 avtobus fəaliyyət göstərir. Avtobusların hərəkət cədvəli saat 06:00-dan saat 23:00-ə qədərdir.
“BakuBus” MMC-nin avtobuslarında gediş haqqının ödənilməsi nağd pulla deyil, yalnız “BakıKart” vahid ödəniş kartları ilə həyata keçirilir. “BakıKart” vahid ödəniş kartlarını bütün metro stansiyalarında və avtobus dayanacaqlarında quraşdırılmış yeni “BakıKart” terminallarından, Bakı şəhərində yerləşən müasir tipli mətbuat köşklərindən və digər “BakıKart” loqosu olan məntəqələrdən əldə etmək olar. Dövriyyədə iki növ “BakıKart” ödəniş kartları – məhdud istifadə üçün kağız “BakıKartları" və daimi istifadə üçün plastik “BakıKartları” mövcuddur. Kağız kartların qiyməti 20 qəpikdir, onlara 1, 2, 3 və ya 4 gediş haqqı yüklənə bilər. Bu kartlar ilk istifadə tarixindən etibarən 45 gün ərzində etibarlıdır. Plastik kartların qiyməti isə 2 manatdır və bu növ kartlara istənilən məbləğdə gediş haqqı yüklənə bilər.
Qeyd edək ki, “BakuBus” MMC-nin avtobuslarından istifadə edən zaman aşağıdakı qaydalara riayət olunmalıdır: avtobusa yalnız ön qapıdan minib, kartı ödəniş aparatına oxutduqdan sonra salona keçilməli; avtobus dayanacaqda dayandıqda salonu yalnız orta və ya arxa qapıdan tərk etmək lazımdır.
-
Nida Xəbər 11:28
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış edir - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?