Gəncəyə oxumağa gələn qızın evə meyiti qayıtdı
Bizi izləyin

Qırmızı.az

Gəncəyə oxumağa gələn qızın evə meyiti qayıtdı

Gəncədə tələbə qız dəm qazından zəhərlənərək həyatını itirib. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə şəhərin Adil İsgəndərov küçəsi, ev 6 ünvanında olub.


Yevlax rayon sakini, Gəncə Dövlət Universitetinin birinci kurs tələbəsi, 19 yaşlı Süleymanova Aygün Vasif qızı kirayə yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib. Dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Aygünün həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm