Qırmızı.az
Yeni dərs ilində şagirdləri yenilik gözləyir
Azərbaycanda orta məktəb şagirdləri üçün yeni elektron dərslik hazırlanıb. Bunu Trend-ə Təhsil Nazirliyinin Təhsilin inkişafı şöbəsinin müdiri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, bu il 6 və 7-ci siniflər üçün “Biologiya” fənni üzrə elektron dərslik hazırlanıb. Bu vəsait tamamilə yeni olan müasir standartlarla hazırlanmış videolarla zənginləşdirilib. Bu videoların hamısı dərs formatında komplektləşdirilib: “Burada heyvanlar, bitkilər 3D formatda, real həyatdan çəkilmiş videolarla təqdim olunur. Artıq bir neçə gündür ki, bu videolar internetdə yerləşdirilib. Onlar təhsil ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb”.
Bu videoların böyük üstünlüklərə malik olduğunu deyən E.Əmrullayev əlavə edib ki, müəllimlər dərslərə hazırlaşarkən onlardan aktiv şəkildə istifadə edə bilərlər: "Burada şagirdlər də yalnız adlarını bildikləri heyvan və bitkiləri tam canlı şəkildə görə bilirlər. Bu da uşaqların motivasiyasına çox ciddi təsir edir”.
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirilir
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq