Təlimlərə cəlb edilən müəllimlərin statistikası açıqlandı
Bizi izləyin

Qırmızı.az

Təlimlərə cəlb edilən müəllimlərin statistikası açıqlandı

Bakıda müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirildikdən sonra 900-ə yaxın müəllim təlimlərə cəlb edilib.

Bunu Trend-ə Təhsil Nazirliyinin Təhsilin inkişafı şöbəsinin müdiri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, diaqnostik qiymətləndirmədən sonra müxtəlif - nisbətən təkmilləşdirməyə ehtiyacı olan, yüksək bal toplayan müəllimlər üçün müxtəlif səpkili təlimlər proqramı hazırlandı: “Biz artıq 400-ə yaxın müəllimi belə təlimlərə cəlb etmişik, 500-ə yaxın müəllim də yeni təlimlərə başlayıb. Ümumilikdə 900-ə yaxın müəllim təlimlərə cəlb edilib. Bu müəllimlərin arasında aşağı, orta, yüksək bal toplayanlar da var”.

E.Əmrullayev bildirib ki, istər müəllimlərin işə qəbulunda baş verən dəyişikliklər, istərsə də ixtisasartırma təlimlərində aparılan islahatlar qısa müddətdə olmasa da, müəyyən müddətdən sonra məktəblərdə tədrisin keyfiyyətini qaldıracaq: “Bizim ilkin nəticələr onu göstərir ki, müəllimlərimiz təlimlərə gələndə öyrənirlər. Yəni fəaliyyətlərində hansısa boşluq varsa, onu doldururlar. Belə təlimlərin nəticəsində bizim bəzi fənlərin tədris göstəricilərində hətta 80-90 faiz yaxşılaşma var. Bu baxımdan bu işi davamlı olaraq həyata keçirəcəyik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm