Qırmızı.az
Polis polkovniki qəzəbləndi: “İcra başçısı kimdir, toxunulmazdır?!"
Mətbuatda Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İskəndərovun xidməti avtomobilinin cərimə meydançasına aparılması ilə bağlı xəbərlər yayılıb.
Modern.az saytı məsələni dəqiqləşdirmək üçün Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsi ilə əlaqə saxlayıb.
Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov icra başçısının avtomobilinin cərimə meydançasına aparılmasına münasibət bildirərkən saytımıza deyib ki, kimliyindən asılı olmayaraq, yol hərəkət qaydalarını pozan şəxs barəsində mütləq tədbir görülür:
“İstər icra başçısı olsun, istərsə də başqa sahənin əməkdaşı, mütləq cərimələnir”.
Polis rəisi məsələ ilə maraqlanan jurnalistlərə qəzəbini də gizlətməyib:
“Dediyiniz adam hərəkət iştirakçısı, sürücü deyil?! İcra başçısı kimdir, toxunulmazdır?! Deyirsiniz qayda pozubsa, cərimələməyək?! Bundan başqa, mən hər cərimə meydançasına aparılan avtomobilin sahibinin kimliyi ilə maraqlansam, onda gərək işləməyəm. Hansı qanuna əsasən cərimə olunan şəxsin kimliyi barədə məlumat verilməlidir?!”
Vaqif Əsədov jurnalistləri sensasiya axtarmaqda ittiham edib:
“Dünən bütün günümü teleaparıcı Nanə Ağamalıyevanın ölüb-qalmasını öyrənməyə sərf etmişəm. Nanə ölüb, ya ölməyib, sizə nə?! Jurnalistlər niyə bununla maraqlanır? İndi jurnalistlərin hamısı sensasiya marağındadır”.
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi