Qırmızı.az
Qafqaz Universitetindən tələbələrə hədiyyə
Qafqaz Universitetində də ənənəvi olaraq Bilik Bayramı keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə yüksək balla Qafqaz Universitetinin tələbəsi adını qazananlara universitet tərəfindən elektron hədiyyələr təqdim edilib.
Tədbirdə Universitetin müəllim-tələbə heyəti ilə yanaşı Abşeron Rayon İcra Hakimiyyətinin numayəndəsi və valideynlər iştirak edib. Azərbaycan dövlət himninin səsləndirilməsilə başlayan tədbiri Universitetin rektoru professor Ahmet Saniç açıq elan edib.
Tədbir iştirakçılarını Bilik günü münasibətilə təbrik edən rektor qeyd edib ki, hər il təhsil almaq üçün universitetə xaricdən onlarla tələbə üz tutur. Türkiyə, Rusya, Türkmənistan, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qirğızıstan, İran, Kuveyt , Koreya, Ukrayna, Peru, İndonezya, Miyammar, Yemen, Çad, Mozambik kimi ölkərdən gələn tələbələr universitetə rəngarənglik gətirir. İş dünyası ilə əlaqələrdən, məzunlarının 67 fərqli ölkədə əmək fəaliyyətini və təhsilini davam etdirməsindən və universitetin gələcək planlarından danışan professor Ahmet Saniç bu il TQDK-nın qəbul imtahanında iştirak edib Qafqaz Universitetini seçən tələbələr haqda da məlumat verib: “ 2015-ci ildə 2-si 700 bal olmaqla 600-dən yuxarı bal toplayan 259 nəfər, pedaqoji ixtisaslar üzrə isə 500-dən yuxarı bal toplayan 71 nəfər Qafqaz Universitetini seçib”.
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq