Bu yollar bağlanır - SİYAHI
Bizi izləyin

Qırmızı.az

Bu yollar bağlanır - SİYAHI

Binəqədi rayonunda bir neçə küçənin kəsişməsində aparılan təmir-tikinti işləri çərçivəsində nəqliyyat vasitələrinin hərəkəti qısa müddətə məhdudlaşdırılır.

“Azəryolservis” ASC-dən Publika.az-a verilən məlumata görə, bu yollar Atatürk prospektinin hər iki istiqamət üzrə Səttar Bəhlulzadə küçəsinin kəsişməsindən Əcəmi Naxçıvani küçəsinin kəsişməsinədək olan hissələrindən, Şövkət Məmmədova küçəsinin Əcəmi Naxçıvani küçəsinin kəsişməsindən Cəfər Xəndan küçəsinin kəsişməsinədək olan hissəsi və Əcəmi Naxçıvani küçəsinin Ağa Sadıq Gəraybəyli küçəsinin kəsişməsindən Atatürk prospektinin kəsişməsinədək olan hissələridir.

Sözügedən ərazilərdə nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərinin çəkilməsi işləri həyata keçiriləcək. İşlərin səhər saat 10:00-dan başlanılması və günorta saatlarında yekunlaşması nəzərdə tutulub.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sürücülərə göstərilən müddət ərzində alternativ yollardan istifadə etməyi tövsiyə edir və müvəqqəti narahatlığa görə üzr istəyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm