Metroda təmirə bağlanan xətt açıldı
Bizi izləyin

Qırmızı.az

Metroda təmirə bağlanan xətt açıldı

Metronun “Cəfər Cabbarlı” stansiyasının təmirə bağlanan xətti açılıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Publika.az-a işlərin vaxtından əvvəl yekunlaşdığını bildirib.

“Bu gündən “Cəfər Cabbarlı" stansiyasından “Xətai” istiqamətində hərəkət üçün istifadə edilən birinci yol açılıb. İşlərin ilin sonuna yekunlaşdırılması planlaşdırılırdı. Yeni dərs ilinin başlamasını və sərnişin sıxlığını nəzərə alaraq işləri sürətləndirdik. İşlər vaxtından əvvəl başa çatdı. Qatarlar arasında interval da əvvəlki vəziyyətə qaytarılıb, yəni 10 dəqiqədən 8 dəqiqəyə qədər azaldılıb”.

N.Paşayevin sözlərinə görə, stansiyada bəzi təmir işləri gecə saatlarında aparılacaq.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm