Nazirlik 11 rayonda reyd keçirdi - Qanunsuz sərnişin daşıyanlar cəzalandırılır
Bizi izləyin

Qırmızı.az

Nazirlik 11 rayonda reyd keçirdi - Qanunsuz sərnişin daşıyanlar cəzalandırılır

Bayram günlərində rayonlarda nəqliyyatın hərəkətinin intensivləşməsini nəzərə alaraq, Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidməti regionlarda qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücülərə qarşı reydlər keçirib.

Qurumun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, reydlər Şamaxı, Lənkəran, Şirvan, Cəlilabad, Göyçay, Gəncə, Beyləqan, Şəki, Quba, Tovuz, Şəmkir rayonlarında keçirilib. Reydlər zamanı qanunsuz yük və sərnişindaşıma ilə məşğul olan sürücülər cəzalandırılıb.

Məlumatda bildirilir ki, yoxlamalar nəticəsində lisenziyasız fəaliyyət göstərərək vergi ödəməkdən yayınan sürücülərə qarşı inzibati qaydada protokol tərtib edilib. Qanunsuz yük və sərnişindaşıma ilə məşğul olan sürücülərin avtomobilləri cərimə meydançasına aparılıb.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm