Təbriz ana dilində təhsil istədi - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Təbriz ana dilində təhsil istədi - FOTOLAR

İranda “1 Mehr” (23 sentyabr) təhsil ocaqlarının açılışı günüdür. Hər il olduğu kimi dünən də ana dilində təhsilə qoyulan qadağa siyasəti bir sıra etirazlarla qarşılanıb.

Publika.az xəbər verir ki, Təbrizdə bir qrup gənc şəhərin mərkəzində bir araya gələrək türk dilində təhsilə

qoyulan qadağanın davam etdirilməsinə kəskin şəkildə etiraz edib.

Qeyd edək ki, etirazçılar təhsil tələblərini ana dilində ediblər. Aksiya bəzi məktəb (mədrəsə) binalarının, o cümlədən “Nikan dövlət məktəbi” binasının qarşısında keçirilib.

Onlar üzərində “Mənim dilim hanı?!” və bu kimi şüarlar yazılmış plakatlar qaldıraraq dövlətin ana dilində təhsilə qoyduğu qadağanı qınayıblar.

Rübabə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm