Metronun xəzinədarları nəzarətçi, xadimə işləyəcək
Bizi izləyin

Qırmızı.az

Metronun xəzinədarları nəzarətçi, xadimə işləyəcək

Oktyabrın 1-dən Bakı Metropolitenində pul xırdalama fəaliyyəti göstərən xəzinələrin fəaliyyəti başa çatacaq. Bu, illərdir həmin işdə çalışan xəzinədarların işsiz qalması deməkdir.

Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Publika.az-a açıqlamasında onların işsiz qalmayacağını deyib. O, həmin şəxslərin Metropolitendə müvafiq işlərlə təmin ediləcəyini bildirib:

“Bu işdə çalışan əməkdaşlarımızın sayı 200-dən çoxdur. Onların bir çoxu ali təhsilli deyil. Bu baxımdan metroda onlara uyğun işlər var. Həmin şəxslər qatarı qəbul edə, nəzarətçi, həmçinin xadimə də işləyə bilər. Bu seçim onların ixtisasları və təhsillərinə uyğun aparılır. Əlbəttə, təkliflə razılaşanlar qəbul edib işləyir”.

N.Paşayev artıq xəzinədarların yerləşdirilməsinə başlandığını bildirib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm