Yollardakı problemlərlə bağlı “Qaynar xətt” yaradıldı
Bizi izləyin

Qırmızı.az

Yollardakı problemlərlə bağlı “Qaynar xətt” yaradıldı

“Azəryolservis” gücləndirilmiş iş rejiminə keçir.

Qurumun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, payız-qış mövsümü ilə əlaqədar tədbirlər planı hazırlanıb.

Planda 2015-2016-cı illər payız-qış mövsümünə hazırlıq, payıq-qış mövsümündə avtomobil yollarının və yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək nəzərdə tutulub.

Tədbirlər planına əsasən, müntəzəm surətdə avtomobil yollarının və yol qurğularının istismar vəziyyəti barədə məlumatların toplanması, respublikanın magistral avtomobil yolarında, dağlıq rayonlarda, həmçinin Bakı şəhərinin avtomobil yollarında, prospekt və küçələrində mövcud vəziyyət barədə operativ tədbirlərin görülməsi məqsədi ilə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-də sutkalıq növbətçilik yaradılıb.

Növbətçinin daxil olan məlumatları operativ şəkildə qeyd edib cəmiyyətin tabeliyində olan şöbə və idarələrə çatdırılmasını təmin etmək məqsədilə 1 oktyabr 2015-ci il tarixindən etibarən (012) 599-79-75 nömrəli xüsusi telefon xətti,“Qaynar xətt” fəaliyyətə başlayır. Qeyd edək ki, “Qaynar xətt” 24 saat ərzində daxil olan zəngləri qəbul edəcək.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm