• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Müəllimlərin işə qəbulunda ən aşağı nəticələr hansı fənlərdəndir?

Müəllimlərin işə qəbulunda ən aşağı nəticələr hansı fənlərdəndir?

Müəllimlərin işə qəbul imtahanlarında ən aşağı nəticələr göstərilən fənlər açıqlanıb.

Təhsil Nazirliyindən Publika.az-ın sorğusuna cavab olaraq bildirilib ki, builki imtahanda ən aşağı nəticə texnologiya, təsviri incəsənət və fizika fənləri üzrədir.

“Belə ki, texnologiya fənni üzrə imtahanda iştirak etmiş namizədlərin 77%, təsviri incəsənət fənni üzrə namizədlərin 66%, fizika fənni üzrə namizədlərin 62% minimal keçid balını toplaya bilməyərək aşağı nəticələr göstərib. İbtidai sinif müəllimliyi üzrə imtahan verən namizədlərin də nəticələri qeyri-qənaətbəxşdir, onların 61% aşağı nəticələr göstərib.

Ən yaxşı nəticələr alman dili, rus dili və coğrafiya fənləri üzrədir. Belə ki, alman dili fənni üzrə imtahanda iştirak etmiş namizədlərin 36%, rus dili fənni üzrə namizədlərin 27% və coğrafiya fənni üzrə namizədlərin 20% imtahan suallarının 80%-dən çoxunu düzgün cavablandıraraq yüksək nəticələr göstərib”,- deyə nazirliyin məlumatında qeyd olunur.

Təhsil Nazirliyindən bildirilib ki, imtahan verən şəxslərin ümumi səviyyəsi qənaətbəxşdir. Belə ki, imtahan verən namizədlərin yarıdan çoxu 50%-dən yuxarı (30 baldan artıq) nəticə göstərib. Şəhər, rayon mərkəzləri və qəsəbədə yerləşən təhsil müəssisələri üçün keçid balı olaraq müəyyənləşdirilmiş 48 bal və daha yüksək bal toplayanların sayı ümumi imtahan verənlərin sayının 6%-ni təşkil edib.

Nazirlikdən bildirilib ki, bu il müəllimlərin işə qəbulunda bir sıra yeniliklərin tətbiq edilməsi sayəsində işə qəbul prosesi daha da təkmilləşdirilib. Bunu qəbul prosesi və nəticələri ilə bağlı təhlillər göstərir.

“Müsabiqədə 20 min nəfərdən çox namizədin iştirak etməsinə baxmayaraq, imtahan prosesi yüksək səviyyədə təşkil olunub. Müsabiqədə iştirak etmək üçün 3462 vakant yerə ərizə verən 24437 nəfərdən imtahanda 18574 nəfər iştirak edib. Onlardan 2233 nəfər işə qəbul edilib və 1589 nəfərə (71%) həvəsləndirmə tədbirləri tətbiq olunub”.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR