Qırmızı.az
"Əlindən tutdum, dedim, qalx ayağa" - Hüseyn Dəryanın qızı hamını ağlatdı
Ötən axşam qəzaya uğrayan və bu gün səhər saatlarında vəfat edən məşhur rep ifaçısı Hüseyn Dəryanın qızı danışıb.
İfaçının ilk nikahından olan və Rusiyada yaşayan qızı Ayşə Muradova
atasının son dəqiqələrindən bəhs edib:
"Biz Moskvada olanda atam tez-tez zəng vururdu, bizə deyirdi gəl
Bakıya. Səni görmək istəyirəm, darıxmışam. Dünən axşam anamla
Bakıya gəldim. Atamı görmək istəyirdim. Evdə oturmuşduq. Axşam zəng
vurub dedilər ki, atam qəzaya düşüb, xəstəxanaya aparıblar".
Gecə saat 3 radələrində anası Seva xanım ilə bərabər xəstəxanaya
yollanan Ayşə atasını qucaqlayıb, onun ayağa qalxmasını istədiyini
bildirib:
"Əlindən tutdum. Dedim, qalx ayağa, gəlmişəm sənin yanına. Gözünü
aça bilmədi. Amma dərindən nəfəs almağa çalışırdı. Gördüm ki,
səsimə reaksiya verdi. Sonra isə həkimlər gəldi. Bizi anamla bayıra
çıxardı. Dedi yanında durmaq olmaz". Balaca Ayşənin bir cümləsi isə
hər kəsi göz yaşına boğub: "Mən bilirəm atam cənnətə getdi, oradan
mənə baxacaq".
anspress
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı