Məşhur müğənni azərbaycanlı milyarderin 1 milyonundan niyə imtina etdi?
Bizi izləyin

Qırmızı.az

Məşhur müğənni azərbaycanlı milyarderin 1 milyonundan niyə imtina etdi?

Son zamanlar daha çox rejissorluqla məşğul olan türkiyəli müğənni Mahsun Kırmızıgül adının çəkilməsini istəməyən rus milyarderin 1 milyon 200 min türk lirəsi təklifinə razılıq verməyib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yenicə ekranlara çıxan, ssenarisi və rejissor işi ona aid “Möcüzə” filmi 3 milyon 737 min 605 nəfər tərəfindən izlənib. Elə bu səbəbdən də son zamanlar edilən bütün təklifləri əlinin tərsi ilə geri çevirir.

Türkiyə mətbuatının yazdığına görə, Azərbaycan əsilli rusiyalı iş adamı 2 saatlıq çıxışı üçün ona 400 min dollar təklif etsə də, o, bununla razılaşmayıb. Mahsun Kırmızıgül bunun səbəbini belə açıqlayıb: “Əgər bir gün səhnəyə geri dönsəm, bu yalnız xalq konserti şəklində olacaq. Məqsədim daha çox pul qazanmaq olsaydı, mahnı söyləməyə davam edərdim”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm