Yarmarkada saxta bal aşkarlandı
Bizi izləyin

Qırmızı.az

Yarmarkada saxta bal aşkarlandı

Arıçılıq məhsullarının sərgi-satış yarmarkasında saxta bal aşkarlanıb.

Kənd Təsərrüfatı Nazirliyindən Publika.az-a verilən məlumata görə, laboratoriya müayinəsindən keçməyən, mənşəyi məlum olmayan, anbara təhvil verilməyən, qeydiyyata alınmayan hər biri 50 kq-dan artıq olan 13 ədəd balla dolu bidonların oktyabrın 21-də yarmarkaya keçirilməsi aşkarlanıb.

Nazirlik yanında yaradılan İşçi Qrupu salonda satılan arıçılıq məhsullarına nəzarət edilərkən İşçi Qrupu tərəfindən müəyyən edilib. 7 arıçıya aid balla dolu olan bidonlar müvafiq qaydada aktlaşdırılaraq dərhal sərgi-satış yarmarkasından çıxarılıb və həmin arıçılar da yarmarkadan kənarlaşdırılıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm