Nazirlikdə işdən azad edilən şöbə müdirləri ilə görüş keçirilib
Bizi izləyin

Qırmızı.az

Nazirlikdə işdən azad edilən şöbə müdirləri ilə görüş keçirilib

Kənd Təsərrüfati Nazirliyinin Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Fərəcov Çingiz Əliş oğlu və Bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Vəliyev Sabir Yadigar oğlu ilə bağlanmış əmək müqaviləsinə yaş həddi ilə əlaqədar xitam verilib.

Publika.Az-ın məlumatına görə, bununla əlaqədar Nazirlikdə hər iki şöbə müdiri ilə görüş keçirilib. Onların fəaliyyətləri yüksək qiymətləndirilib, bir aylıq əmək haqqı məbləğində mükafatlandırılıb və onlara gül dəstələri təqdim olub.

Şöbə müdirləri nazirin 17 mart 2014-cü il tarixli, 69k nömrəli əmri vəzifələrindən azad ediliblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm