Azərbaycanın elm və mədəniyyət adamları mükafatlandırıldı - Foto
Bizi izləyin

Qırmızı.az

Azərbaycanın elm və mədəniyyət adamları mükafatlandırıldı - Foto

Azərbaycanın elm və mədəniyyət adamları mükafatlandırıldı

Mahmud Kaşqari adına Beynəlxalq Fond “San yarlığı” mükafatının növbəti laureatlarını təltif edib. Bu gün Atatürk mərkəzində keçirilən tədbirdə Fondun rəhbəri Elxan Qaraxanlı, mükafat komissiyasının sədri Elçin Hüseynbəyli , ictimai xadimlər, tanınmış ədiblər və media nümayəndələri iştirak ediblər.

Mükafatın budəfəki laureatları tanınmış araşdırmaçı alim Xalidə Xalid, vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı, tanınmış elm adamı, Türkiyə sıfirliyinin mədəniyyət attaşesi Seyid Əhməd Arslan, Seyfəddin Əsəd və Azərbaycan –Türk Evinin sədr müavini Cahandar Bayoğlu olub.

E.Qaraxanlı bu mükafat haqqında məlumat verərək qeyd edib ki, “San yarlığı” 2000-ci ildə təsis edilib və ümumtürk mədəniyyətinə, türk birliyi ideyasına böyük töhfələr vermiş şəxslərə verilir: “Bu günə qədər “San yarlığı” mükafatına Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl, Şimali Kiprin birinci prezidenti Rauf Denktaş, Krım tatarlarının lideri Mustafa Cəmil, azərbaycanlı elm adamları Nizami Cəfərov, Ramiz Əskər və digərləri layiq görülüb.”

Fondun mükafat komissiyasının sədri Elçin Hüseynbəyli mükafatın bugünkü laureatlarının türk dünyası üçün böyük işlər görmüş şəxslər olduğunu qeyd edib.

Mükafat alanlardan Seyid Əhməd Arslan, Şəmistan Əlizamanlı və Xalidə Xalid çıxış edərək onları bu mükafata layiq görənlərə təşəkkür edib, türk xalqları arasında əlaqələrin genişlənməsi, türk mədəniyyətinin təbliği istiqamətində daha fəal şəkildə çalışacaqlarını bildiriblər.

N. Liftiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm