Qırmızı.az
Səməd Seyidov: “ADU hər zaman öz tələbələri ilə fəxr edir”
Martın 18-də Azərbaycan Dillər Universitetində Novruz bayramına həsr olunmuş tədbir keçirilib. Publika.Az-ın məlumatına görə, tədbirdə Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov, universitetin prorektorları, müəllim –tələbə heyəti iştirak edib.
Tədbirdə aparıcılar Novruz bayramı, adət-ənənələri haqqında iştirakçılara məlumat veriblər. Daha sonra ADU tələbələrinin ifasında “ADU xəbər” və “Toy” səhnəcikləri nümayiş olunub. Azərbaycan Dillər Universitetinin rektoru, professor Səməd Seyidov təbrik nitqi ilə çıxış edib. O, Novruz bayramı münasibətilə universitet kollektivini təbrik edib. Rektor , professor Səməd Seyidov ADU-nun hər zaman öz tələbələri ilə fəxr etdiyini deyib. O, bu gün Azərbaycan Dillər Universitetinin tələbələrinin Azərbaycanı layiqincə təmsil etdiklərini bildirib və bayrağmızı daim uca tutduqlarını sözlərinə əlavə edib. Rektor 1973-cü ildə Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun yaradılması ilə bağlı imzaladığı sərəncamın çox müdrik bir addım olduğunu qeyd edib. O, 2000-ci ildə Ümummilli liderin daha bir sərəncamı ilə universitet statusu alan universitetdə 6000 tələbənin təhsil aldığını, 20-dən çox dilin tədris olunduğunu, müxtəlif ölkələrin mərkəzlərinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Rektor, professor Səməd Seyidov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclərin qabiliyyətlərinin üzə çıxmasında böyük rolu olduğunu deyib.
Daha sonra tədbirə bayramın atributları olan Kosa, Keçəl və Bahar qızının gəlişi iştirakçıların üzündə xüsusi təbəssüm oyadıb. Kosa və Keçəlin əhvalatları hamı tərəfindən maraqla qarşılanıb.
Sonra ADU-nun həyətində bayram tonqalı yandırılıb. Tədbir konsert proqramı ilə davam edib.
Publika.Az
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi