
Novruz bayramının ən gözəl atributlarından biri də səmənidir.
Artıq 5 ildir ki, Mingəçevirdə keçirilən
Novruz şənliyinə böyük səmənilər hazırlanır. Bu il də şəhər Təhsil
Şöbəsinin və Uşaq Yaradıcılıq Mərkəzinin təşəbbüsü ilə hündürlüyü 4
metr olan səməni hazırlanır.
Xeberdar.az El TV-yə istinadən xəbər verir ki, bunun üçün 130 kiloqram buğdadan istifadə olunub. Səməninin tez yetişməsi üçün saxlanılan otaq istiliklə təmin edilib. Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Ədalət Quliyeva deyir ki, hazırlanan səməni saat əqrəbi istiqamətində firlanacaq. Bunun da öz rəmzi mənasi var.
Səməni bayram günü nümayiş etdiriləcək.