Qırmızı.az
FHN akademiyasında oxumaq istəyənlərə YAXŞI xəbər var
Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2014/2015-ci tədris ili üçün əyani təhsil üzrə kursant qəbulu qaydaları açıqlanıb.
Qəbula namizədlər boyu azı 160 sm, orta təhsilli və ya buraxılış
sinfində oxuyan 16 yaşından yuxarı (“fövqəladə hallar və həyat
fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə
01.09.2014-cü ilədək 17 yaşı tamam olan), yaxud müddətli həqiqi
hərbi xidmət keçmiş, ehtiyatda olan və 15.09.2014-cü ilədək 23 yaşı
tamam olmamış Azərbaycan Respublikasının vətəndaşları sırasından
seçilir.
Akademiyaya qəbul olmaq arzusunda olanlar Fövqəladə Hallar
Nazirliyinin Xüsusi Həkim Ekspertiza Komissiyasından və Fövqəladə
Hallar Nazirliyi tərəfindən qəbul edilmiş qaydalara müvafiq olaraq
fiziki hazırlıq və Seçmə komissiyalarında sınaqdan
keçməlidirlər.
Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən
abituriyentlərin ərizələri rəsmiləşdirilir və onlar Azərbaycan
Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən
müəyyən edilmiş qaydada keçirilən test imtahanlarında iştirak
edirlər.
Qəbul imtahanı test üsulu ilə I ixtisas qrupuna daxil olan fənlər
üzrə keçirilir.
Akademiyaya qəbul olunan şəxslər təhsil müddətində yemək, geyim
forması və yataqxana ilə təmin olunur, təqaüd alırlar. Akademiyada
təhsil müddəti 4 ildir. Tədris Azərbaycan dilində aparılır.
Akademiyanın məzunlarına “Yanğın təhlükəsizliyi mühəndisliyi” və
“Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi
mühəndisliyi” ixtisasları üzrə bakalavr dərəcəsi verilir, hərbi və
ya xüsusi rütbələr verilməklə Fövqəladə Hallar Nazirliyi sistemində
müvafiq vəzifələrə təyin edilirlər.
Akademiyaya qəbul olmaq istəyənlər aşağıdakı sənədləri şəxsən
təqdim etməlidirlər:
– tərcümeyi-hal;
– şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin notarial
qaydada təsdiq olunmuş surəti;
– hərbi biletin və ya hərbi xidmətə çağırış məntəqəsinə təhkim
edilmə vəsiqəsinin əsli və notarial qaydada təsdiq olunmuş
surəti;
– tam orta məktəbdən, işlədiyi təqdirdə iş yerindən və ya hərbi
hissədən xasiyyətnamə;
– tam orta təhsil haqqında sənədin əsli və notarial qaydada təsdiq
olunmuş surəti, yaxud tam orta məktəbin buraxılış sinfində oxuması
haqqında müəyyən olunmuş formada arayış;
– yaşayış yerindən arayış;
– Xüsusi Həkim Ekspertiza Komissiyasına təqdim olunması üçün
yaşayış yeri üzrə dispanser arayışları və digər tibbi sənədlər;
– 4 ədəd 6x4 sm ölçüdə rəngli fotoşəkil (ağ fonda, tünd rəngli
pencəkdə).
Sənədlər 2014-cü il aprel ayının 1-dən 30-dək (istirahət günləri
istisna olmaqla) saat 10:00-dan 17:00-dək Fövqəladə Hallar
Nazirliyinin Akademiyasında (ünvan: Bakı şəhəri, Hövsan qəsəbəsi
Elman Qasımov küçəsi) qəbul edilir. Sənəd qəbulu və sınaqlarla
bağlı ətraflı məlumat nazirliyin rəsmi internet səhifəsində
(www.fhn.gov.az) yerləşdiriləcək.
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı