Qırmızı.az
Zakir Həsənovdan yeni qərar: ekspert narahatdır
Müdafiə naziri Zakir Həsənov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı yeni qərar verib.
“Axar.az”ın məlumatına görə, bundan sonra çağırışçılar çağırış vaxtı ərəfəsində hərbi xidməti hansı hərbi hissədə çəkəcəkləri barədə heç bir məlumata malik olmayacaqlar.
Amma hərbi nizam-intizam baxımından verilən qərardan sui-istifadə edilə biləcəyi barədə narahatlıq var. Hərbi mənbələrə yaxın olan bir ekspertin fikrincə, bu qərardan “işbazlar” istifadə edə bilər. Belə ki, hərbi hissə dəqiq bilinəndə heç bir yolla əsgərin xidmət etdiyi hissəni dəyişmək olmurdu. Amma bundan sonra hərbi korpusun tabeliyində olan hərbi hissələrdə yerdəyişmə etmək olacaq. Valideynlər çox zaman həmin “işbazlar”ı özləri axtarıb tapır və müəyyən pul qarşılığında övladının istədiyi yerdə xidmət çəkməsini təmin edirlər”.
Ekspertin fikrincə, bundan sonra nəzarət mexanizminin təkmilləşdirilməsinə ciddi ehtiyac var.
Qeyd edək ki, bu sistem növbəti çağırışdan, yəni aprel ayından işə düşəcək.
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi