
Ötən gecə Bakının Binəqədi rayonu ərazisində gənc qızın özünü öldürmək istəyi baş tutmayıb. Rayon Polis İdarəsindən anspress-ə verilən məlumata görə, hadisə Əlizadə küçəsi 117 ünvanında baş verib.
Həmin ünvanda yaşayan 28 yaşlı Leyla Cəfərzadənin
yaxınları onu huşsuz vəziyyətdə evdən tapıblar. Dərhal hadisə
yerinə təcili yardım çağırılıb. Həkimlərin vaxtında müdaxiləsi
nəticəsində qızın həyatını xilas etmək mümkün olub.
Araşdırmalar zamanı qızın intihar məqsədilə çoxlu dərman həbi qəbul
etdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.