• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Vitse-spikerin avtoşlarla bağlı xüsusi təklifi var

Vitse-spikerin avtoşlarla bağlı xüsusi təklifi var

Azərbaycanda yollarda baş verən qəzaların sayının artması sayəsində yeni "yol terroru" adlı termin yaranıb. Bu, hər birimizin ailəsinə ayaq aça bilən bir bəladır. Yol qəzalarının, onların ağır nəticələrinin qarşısının alınması məqsədilə qanunvericiliyin dəyişdirilməsi, inzibati tədbirlərin görülməsi, cərimələrin artırılması, cəzaların sərtləşdirilməsi vacibdir. Bunu Trend-ə açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib.

Vitse-spikerin fikrincə, qanunvericiliyin sərtləşdirilməsinin müəyyən çəkindirici təsiri var, amma bu heç də hər şeyin qarşısını almır: "Ona görə də qanunları sərtləşdirməklə, cərimələri artırmaqla yanaşı, cəmiyyətin özünü də buna hazırlamalıyıq. Çox təəssüf ki, bu gün azacıq imkanı olan şəxsin Rusiya istehsalı olan ucuz və heç bir komfortu olmayan avtomobilləri tez əldə etməsi mümkündür. Mən onlara "qatil maşınlar" deyirəm, çünki qəzaların yaranmasına da çox zaman belə avtomobillər səbəb olur. Bu hal xüsusən bölgələrdə üstünlük təşkil edir".

Onun sözlərinə görə, səriştəsi, sürücülük vərdişləri zəif olan, bəzən özünün bu və ya digər komplekslərini ört-basdır etmək üçün sükan arxasında "avtoşluq" edən, eləcə də vəzifəsinə, maddi imkanlarına arxayın olan, özündənrazı, "yol mənimdir, məndən başqa kimsəyə keçməyə imkan vermərəm" deyə düşünən şəxslər daha çox qəza törədirlər. Nəticədə ziyan çəkən, həyatını itirən Azərbaycan vətəndaşı olur:

"Ölkədə yol qəzalarının və bunun nəticəsində həyatını itirən və xəsarət alan şəxslərin sayı getdikcə artır. Bilərəkdən və ya bilməyərəkdən qəza törədənlər isə həyatlarının bir qismini həbsxanalarda keçirməli olurlar. Təsadüfi deyil ki, hazırda Azərbaycanda cəzaçəkmə müəssisələrindəki məhkumların təxminən 15 faizi məhz törətdiyi yol qəzalarının acı nəticələrinə görə cəza çəkir. İnsan bir günün içində qatilə çevrilir. Düzdür, həbsxanada onun düşünməyə çox imkanı olur, amma bu artıq heç nəyi dəyişmir".

B.Muradova hesab edir ki, bu məsələdə həm piyadaların, həm də sürücülərin məsuliyyətini artıran mexanizmlər yaradılmalı, üstəlik, vətəndaşların yol hərəkəti qaydalarına əməl etmələri üçün ciddi maarifləndirmə işləri aparılmalıdır: "Hər bir insan yanındakına təsir etməyi bacarmalı, hər kəs yol hərəkəti qaydalarına əməl etməli, yol polisinin tələblərini yerinə yetirməli, sürücü sürücülük mədəniyyətinə, piyada yolu keçmək mədəniyyətinə malik olmalıdır".

Vitse-spiker azərbaycanlıların qanuna tabe olmağı sevməyən millət olması fikri ilə də razılaşmır: "Bizim bütün araşdırmalarımız, açıqlamalarımız və şərhlərimiz azərbaycanlıların qanuna daha çox riayət edən, qanunun tələblərinə daha çox əməl edən millət olduğumuza xidmət etməlidir. Bəziləri nədənsə həmişə sübut etməyə çalışır ki, qanunun onun üçün qara qəpik qədər də əhəmiyyəti yoxdur. Bəziləri də sübut etməyə çalışır ki, bəli, biz belə millətik, biz qanunu yerinə yetirmək istəmirik. Bu yanaşma düzgün deyil. Biz cəmiyyətə daha çox müsbət nümunələri təqdim etməliyik. Əks halda, qanunu pozanları qəhrəman elan etsək və daha çox onu təbliğ etsək, əlbəttə ki, qanunun pozulması hallarına daha çox rast gələcəyik. Ona görə də bizim araşdırmaçılarımızın da yanaşmasında dəyişiklik olmalıdır".

Onun sözlərinə görə, bəzi qanunlara müxtəlif əlavə və dəyişikliklər edildiyi zaman insanlar ictimai müzakirələr zamanı, hətta bəzi millət vəkilləri də çıxışlarında məhdudiyyət, cəza tələb edən dəyişikliklərə skeptik yanaşaraq deyirlər ki, onsuz da onlar yerinə yetirilən, icra olunan deyil. Bu 3-5 gün çəkəcək, sonra hərə öz işində olacaq:

"Bir-birimizə bunu təlqin etməyə çalışırıq ki, bu kampaniya xarakteri daşıyır, bu gözə kül üfürmək üçündür və ya başqa şeyə görədir. Əgər hər birimizin yanaşması belə olsa, bəli, o zaman elə də olacaq. Belə olmamalıdır! Hər kəs qanunu özü üçün norma kimi qəbul etməli və onu yerinə yetirməlidir. "Qanuna riayət etmək təkcə mənə qalıbmı?" fikrindən çoxdan imtina etmək lazımdır. Mən bu gün o fikirlə razılaşmaq istəmirəm ki, biz qanuna əməl etməyi sevməyən və onunla yaşamağı xoşlamayan millətik. Əks halda, bizim bu gün nə dünyada nümunə kimi qəbul edilən model qanunlarımız olardı, nə hazırkı inkişafımız olardı, nə də digər uğurlarımız olardı. Bütün bunlar necə əldə olunub? Bunlar Azərbaycanda ictimai, siyasi, məişət, hər bir insanın həyatını özündə ehtiva edən qanunların qəbulu və icrası nəticəsində əldə olunub. Məncə, biz qanunlara əməl edən, onun müəyyən etdiyi qaydalarla yaşamağı xoşlayan millətik. Təbii ki, müəyyən istisnalarımız var. O istisnaları aradan qaldırmaq da mümkündür".

Parlament sədrinin müavini hesab edir ki, Azərbaycanda yol hərəkəti qaydalarının pozulması, ağır nəticəli qəzaların baş verməsinin qarşısının alınması ilə bağlı həm inzibati, həm də digər tədbirlər görülməli və qanun bütün gücü, sərtliyi ilə tətbiq edilməlidir: "Qanun kimə tətbiq olunursa, o da bunu ən azından öz həyatında bir də belə hallarla qarşılaşmamaq üçün qəbul etməlidir. Bu mənada istər yol hərəkəti qaydalarına, istər nəqliyyatın idarə olunmasına, istərsə də bu prosesin bütünlükdə idarə olunmasına aid olsun, qanunun tələbi nədirsə, onunla yaşamağı öyrənmək və bununla qürur duymaq lazımdır ki, bəli, mən qanuna əməl edirəm, mən ölkəmin qanunları ilə yaşayıram və həm də məni əhatə edən mühitdə hər kəsin bu qanuna əməl etməsinə nəzarət edirəm".

Qeyd edək ki, Azərbaycan Respublikası ərazisində 2013-cü il ərzində 2846 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş vermiş yol qəzaları zamanı 1164 nəfər ölüb, 2948 nəfər müxtəlif dərəcəli xəsarət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR