Azərbaycanın İstanbuldaki Baş konsuluna "Şərəf medalı" verildi - Foto
Bizi izləyin

Qırmızı.az

Azərbaycanın İstanbuldaki Baş konsuluna "Şərəf medalı" verildi - Foto

Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi İstanbulda Novruz bayramı münasibətilə toplantı keçirib.

Azərbaycanın İstanbul şəhərindəki Baş Konsulluğunun mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə, toplantıda Vəqfin idarə heyətinin üzvləri, Türkiyənin ictimai-sosial həyatında önəmli rol oynamış şəxslər, ziyalılar, alimlər, İstanbulda akkreditə olunmuş diplomatik missiya rəhbərləri, diplomatlar iştirak ediblər.

Mərmərə Qrupu Vəqfinin sədri Akkan Suver Türkiyə-Azərbaycan arasındakı dostluq və əməkdaşlığın daha da möhkəmlənməsinə göstərdiyi xidmətlərə görə Azərbaycanın İstanbuldakı Baş konsulu Həsən Zeynalovun “Şərəf medalı” ilə təltif edilməsinə dair Mərmərə Qrupu Vəqfinin İdarə heyətinin yekdilliklə qərar qəbul etdiyini bildirib. Daha sonra, medal Mərmərə Qrupu Vəqfinin fəxri üzvü, Mərmərə Universitetinin sabiq rektoru prof.dr. Tunç Eren tərəfindən təntənəli surətdə Həsən Zeynalova təqdim edilib.

Təltifdən sonra çıxış edən Baş konsul Həsən Zeynalov mükafata və iki dövlət arasında əlaqələrin genişlənməsi istiqamətində göstərdiyi səylərə verdikləri qiymətə görə Mərmərə Qrupu Vəqfinə təşəkkürünü bildirib. H.Zeynalov bu mükafatın onun öz vəzifə borcunu yerinə yetirərkən məsuliyyətini daha da artırdığını, ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin kursunu rəhbər tutaraq Azərbaycanla Türkiyə arasındakı əlaqələrin bundan sonra da inkişaf etdirilməsinə çalışacağını söyləmişdir. Baş konsul toplantıda iştirak edənləri və bütün Türk xalqını Novruz bayramı münasibətilə təbrik edib və Mərmərə Qrupu Vəqfinə əllə toxunmuş Azərbaycan xalçası hədiyyə edib.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdiri Əli Həsənov, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, Kaspi Təhsil Mərkəzinin müdiri Sona Vəliyeva da iştirak ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm