Dəhşət: həkimlərdən bezib əlini kəsdi - VİDEO, FOTO 18+
Bizi izləyin

Qırmızı.az

Dəhşət: həkimlərdən bezib əlini kəsdi - VİDEO, FOTO 18+

"Sağ əlimdəki ağrılara artıq dözə bilmirdim. Əlim sanki yanırdı, parçalanırdı, balta və çəkic altında əzilirdi. Ağrılar dözülməz idi. Artıq dayana bilmirdim. Bilirəm, ölə bilərdim. Amma başqa çıxış yolum yoxdu".


44 yaşlı Mark Qoddard qəhərlənir. O, həkimlərin laqeydliyinə dözə bilməyərək sağ əlini kəsib.

Evinin həyətində, özünün düzəltdiyi "gilyotina" vasitəsilə.


Qoddard ölə bilərdi, amma arvadının zəng vurub çağırdığı təcili yardımın paramedikləri onu xilas ediblər.

İngiltərənin Devonşir qraflığının sakini Mark Qoddard 10 gün əvvəl sağ əlini evində kəsib.

O, əlini kəsəndən sonra qanamanı dayandırmaq üçün kəsik biləyini közlə dolu vedrəyə basıb. Sonra isə kəsilib kənara düşmüş əlini də həmin vedrəyə ataraq yandırıb.


Nyuton Ebbot şəhərində yaşayan Mark Qoddard 28 yaşı olanda motosikletlə qəzaya uğramışdı. Həmin qəzadan sonra onun sağ əlində problemlər başlanıb.

Əlindəki sinir çıxıntılarındakı siqnallarda problemlər olduğundan neyropatik ağrılar keçirən Mark məruz qaldığı bəladan antiepileptik preparatlar və antidepressantlar vasitəsilə qurtulmağa çalışsa da, bir nəticə hasil olmamışdı.

Hər gün 40 ağrıkəsici dərman içən Mark əlindəki ağrıları sakitləşdirməyə çalışır, amma alınmırdı.


Onun ümidsizliyi o səviyyəyə çatmışdı ki, günlərin birində bıçaqla biləyini kəsmişdi. O, sürəkli və bitmək bilməyən ağrı mənbəyinə çevrilmiş əlindən qurtulmaq istəyirdi.


Lakin bıçaqla biləyini kəsən Mark əlini şikəst etsə də, ondan qurtula bilmədi.

"Sonra hospitala getdim, ağrılarımdan danışdım. Mənə çox laqeyd yanaşdılar. Sinirləndim, onlara dedim ki, əgər müalicə etməsələr, sağ əlimi dirsəkdən yuxarı kəsəcəyəm. Güldülər, inanmadılar", - Mark Qoddard deyib.


Bir neçə gün sonra isə Mark Qoddard həyətində balta və taxta parçalarından əldəqayırma gilyotin hazırlayıb. Baltanın ucuna bağladığı kəndiri çəkəndə balta aşağı düşüb və Markın əlini biləkdən kəsib.

"Əlim kəsilən kimi onu içində köz olan vedrəyə soxdum. Sonra kəsilmiş əlimi də vedrəyə atıb yandırdım. Əlimin yenidən biləyimə tikilməsini istəmirdim. Biləyimdən qan fışqırırdı. Təcili yardım məni xəstəxanaya apardı. Elə bilirdilər dəliyəm, ruhi xəstəyəm. Üç ekspertizadan keçdim. Polislə həkimlər əmin oldular ki, rasional insanam. Gilyotini isə arvadımdan xəbərsiz şəkildə, gizlicə, iki həftə ərzində düzəltmişdim. Balta aşağı düşüb biləyimi kəsəndə ilk əvvəl inanmadım. Sonra gördüm ki, əlim kəsilib, qan fışqırır. Amma bəzi damarlar və vətərlər kəsilmədiyindən əlim biləyimdən asılı qalmışdı. Bıçağı götürüb o damarlar və vətərləri də kəsdim", - Mark Qoddard deyib./milli.az


Oxumağa davam et
Reklam
Reklam

Gündəm