Gəncədə yaşayış evi yanıb
Bizi izləyin

Qırmızı.az

Gəncədə yaşayış evi yanıb

Bu gün Gəncə şəhərində yanğın hadisəsi baş verib.

Bu gün Gəncə şəhərində yanğın hadisəsi baş verib.

Hadisə şəhərin Yeni Gəncə qəsəbəsində 1980-ci il təvəllüdlü Nuriyeva Səadət Rafiq qızına məxsus mənzildə qeydə alınıb.

Ümumi sahəsi 47 kv.m olan 3 otaqlı mənzilin 12 kv.m-lik mətbəxi içindəki hava təmizləyici qurğu və mətbəx mebeli daxil olmaqla qismən yanıb.

Hadisə yerinə gələn Gəncə şəhər FHN Yanğından mühafizə idarəsinin əməkdaşları yanğının digər otaqlara və qonşu mənzillərə keçməsinin qarşısını alıblar.

Yanğının başvermə səbəbləri araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm