İstirahət günləri yol qəzalarında 2 nəfər ölüb, 15 nəfər yaralanıb
Bizi izləyin

Qırmızı.az

İstirahət günləri yol qəzalarında 2 nəfər ölüb, 15 nəfər yaralanıb

Martın 29-30-da respublika ərazisində baş vermiş yol qəzaları nəticəsində 2 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, şənbə və bazaar günləri ölkə ərazisində 7 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş vermiş hadisələr nəticəsində 2 nəfər ölüb, 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Belə ki, martın 29-da respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 12 nəfər yaralanıb. Martın 30-da isə ölkə yollarında 3 yol qəzası qeydə alınıb. Nəticədə 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm