Ermənilərin soyqırımı siyasətindən bütün dünya xəbər tutmalıdır
Bizi izləyin

Qırmızı.az

Ermənilərin soyqırımı siyasətindən bütün dünya xəbər tutmalıdır

Gəncə şəhərində 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş silsilə tədbirlər çərçivəsində YAP Gəncə şəhər Təşkilatı Qərargahında dəyirmi masa təşkil olunub. Tədbirdə Təşkilatın sədri Naqif Həmzəyev, Qadınlar Şurasının sədri Pərvin Kərimzadə, tarixçi alimlər və partiya fəalları iştirak ediblər.

Dəyirmi masanı giriş sözü ilə açan Naqif Həmzəyev 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyevin imzaladığı Fərmana əsasən, 31 Martın Azərbaycanlıların Soyqırımı Günü elan edildiyini və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində dünya ictimaiyyətinin Azərbaycan həqiqətlərindən xəbərdar olduğunu vurğulayıb. XIX əsrin əvvəllərində ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi, erməni ekspansionizminin geniş vüsət alması və türk-müsəlman əhalisinə qarşı törədilən təxribat, soyqırım aktları tarixi faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Sonra Türkiyə Respublikasının Fırat Universitetinin Orta Şərq Araşdırmalar Mərkəzinin, “Orta Şərq Araşdırmalar” jurnalının Qarabağ xüsusi nömrəsinin təqdimatı keçirilib və jurnallar tədbir iştirakçılarına paylanıb.

Gəncə Dövlət Universitetinin tarix-coğrafiya fakultəsinin dekanı, professor Həsənbala Sadıqov, YAP Gəncə şəhər Təşkilatı Qadınlar Şurasının sədri Pərvin Kərimzadə, GDU-nun Azərbaycan tarixi kafedrasının baş müəllimi Eldar Mehdiyev, sosial fənlər kafedrasının baş müəllimi Üzeyir Balakişiyev məruzə ilə çıxış ediblər.

Tədbirin sonunda “31 Mart Soyqrımı” ilə bağlı sənədli film nümayiş etdirilib.

Qeyd edək ki, 29 mart tarixində YAP Gəncə şəhər Təşkilatı Qərargahında partiya fəalları və gənclərin iştirakı ilə türk rejissoru Özhan Erenin senarisi və rejissorluğu ilə çəkilmiş, 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş “120” sənədli filmi göstərilib.

“Yeni Gəncə” qəzeti

Oxumağa davam et
Reklam
Reklam

Gündəm