Sabah bu kəndlərdə qaz olmayacaq
Bizi izləyin

Qırmızı.az

Sabah bu kəndlərdə qaz olmayacaq

Ağdaş magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.

Publika.az SOCAR-ın saytına istinadən məlumat verir ki, mayın 3-də saat 10:00-dan işlər başa çatana qədər "Qaz İxrac" İdarəsinin Ağdaş magistral qaz kəmərləri sahəsinin "Borsunlu", "Dəliməmmədli" və "Ağasıbəyli" qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Goranboy rayonunun Dəliməmmədli və Borsunlu, həmçinin Samux rayonunun Ağasıbəyli, Əhmədbəyli, 1 may və Şəmsizadə kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm