• USD 1,7000 0,00% EUR 1,9995 0,00%
    • GBP 2,2935 0,00% RUB 0,0287 0,00%

ATU-da beynəlxalq simpozium keçirilib

ATU-da beynəlxalq simpozium keçirilib

Azərbaycan Texnologiya Universitetində (ATU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə “Boloniya təhsil prosesində universitet-sənaye əlaqələrinin müasir problemləri” adlı beynəlxalq simpozium keçirilib. Simpoziuma 7 ölkədən 165 nəfər elm xadimi, ictimaiyyət nümayəndələri və rəsmi qonaqlar qatılıb.

Simpozium iştirakçılarını salamalayan ATU-nun rektoru professor Akif Süleymanov əvvəlcə ümummilli lideri Heydər Əliyevin ölkəmizin müstəqilliyinin bərqərar olunması və iqtisadi inkişafı sahəsindəki xidmətlərindən, Azərbaycan elminin təşəkkülü üçün gördüyü misilsiz işlərdən danışıb.

Rektor bildirib ki, təməli ulu öndər tərəfindən qoyulan ATU-da bu gün keçirilən beynəlxalq simpoziumun mövzusu təsadüfi seçilməyib. Belə ki, hazırda universitetdə Təhsil Nazirliyinin pilot layihəsi kimi yerinə yeitirilən Müştəriyə Yönəlmə Proqramının daim gündəmdə olması bu simpoziumun keçirilməsinin labüdlüyünü meydana çıxarıb. Universitetin əsas missiyasına müvafiq olaraq respublikanın yerli mühəndis-mexanik və mühəndis-texnoloq kadrları ilə təminatının əsasını ölkənin bütün sənaye sahələri ilə birbaşa əlaqələr təşkil etməlidir. Bu əlaqələrin tədris və elmlə birgə fəaliyyəti ölkəmizin sənaye sahələrinin yüksək texnologiyalarla təminatının qarantı olmalıdır. Professor Akif Süleymanov bildirib ki, indiyədək bu istiqamətdə xeyli işlər görülüb, universitetin profilinə uyğun olaraq bir çox sənaye müəssisələri ilə əlaqələr yaradılıb. Onların sırasına metallurgiya, qida sənayesi, İKT və digər sektorlarda fəaliyyət göstərən 20-ə yaxşın şirkət daxildir. Müasir Azərbaycanın tələblərinə uyğun keyfiyyətli mütəxəssislərin yetişdirilməsi üçün bu istiqamətdə məqsədyönlü işlər müntəzəm davam etdiriləcək.

Daha sonra çıxış edən akademik Ziyad Səmədzadə, Təhsil Nazirliyinin rəsmisi Natiq İbrahimov, professorlar Hamlet İsaxanlı, Sema Erentürk, Nodar Papukaşvili və digər iştirakçılar da beynəlxalq simpoziumun mövzusunun əhəmiyyətinə toxunublar. Natiqlər bildirib ki, müasir dövrdə keyfiyyətli kadr hazırlanması ancaq ali təhsil və istehsalat müəssisələrinin inteqrasiyası və birgə fəaliyyəti nəticəsində mümkün ola bilər. Bu istiqamətdə meydana çıxan problemlərin həlli üçün elm xadimləri əzmlə çalışmalıdır. Qeyd olunub ki, ATU-da bu istiqamətdə atılan real addımlar və əldə olunan nəticələr bir daha sübut edir ki, müasir standartlara cavab verən kadrların hazırlanması ancaq intensiv universitet-sənaye əlaqələri nəticəsində mümkün ola bilər.

Növbəti gün beynəlxalq simpozium işini müxtəlif sənayə sahələrinə həsr olunan 8 bölmədə davam etdirib. Qida məhsulları texnologiyası, standartlaşdırma və ekspertiza, istehlak mallarının texnologiyası, rabitə və informasiya texnologiyaları, maşınqayırma, metallurgiya və sənayenin digər sahələrinə aid müzakirələrin aparıldığı bölmələrdə bir daha yüksək ixtisaslı kadr hazırlığı prosesinin müasir problemələri və onların həlli yolları müzakirə olunub.

Yerli və xarici iştirakçıların da qatıldığı bağlanış mərasimində isə beynəlxalq simpoziumun məhsuldar keçdiyi qeyd olunub. ATU-nun rektoru professor Akif Süleymanov uğurla başa çatan tədbirə görə təşkilatçı və iştirakçılara minnətdarlığını bildirib.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>