"Alman keyfiyyəti", yoxsa SOYĞUNÇULUQ - Xalq şairi apteklərə üsyan etdi
Bizi izləyin

Qırmızı.az

"Alman keyfiyyəti", yoxsa SOYĞUNÇULUQ - Xalq şairi apteklərə üsyan etdi

Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı ölkədə “keyfiyyətli mal” adı altında bəzi işbazların talançılığı, eləcə da şadlıq saraylarındakı fantastik qiymətlərlə bağlı faktlara söykənən, öz başına gələn hadisələrdən yazıb.


Publika.az xalq şairinin öz “facebook” səhifəsində paylaşığı "Alman keyfiyyəti", yoxsa soyğunçuluq adlı yazıdan bir hissəni təqdim edir:

"Bakıda Füzuli küçəsində bir Dərman evi- aptek var. Almaniyadan gətirilən tibb ləvazimatının satıldığı yerdir. Sahibi kimdir?,- bilmirəm. Hər kimdirsə, sağ olsun, zəhmət çəkib, saxta ilacların bazarı bağlansın deyə, Almaniyadan, keyfiyyəti şübhə doğurmayan dərmanlar gətirib satdırır. Amma... Məsələ elə bu əmmadadır!

Bir gün həkimlərin məsləhət gördüyü üç-dörd dərman üçün (təzyiq və xolesterinə qarşı) müraciət elədim onlara. Qiyməti eşidəndə heyrətə gəldim. 250 manat civarında bir rəqəm dedilər. Təcrübəsiz olsam, almaqdan başqa çarəm qalmayacaqdı. Ancaq bu dərmanları Türkiyədən də almışdım. Nə az, nə çox, ən azi 10 dəfə ucuz... "Bu nə qiymətdir, kim qoyub bu qiyməti?"- soruşanda, "axı bu alman malıdır, keyfiyyətlidir!" - dedilər. Oradan çıxıb getdim bizim öz apteklərimizdən birinə və eyni dərmanlari 26 manata aldım.


Bu yaxınlarda başqa bir təzyiq dərmanının bir qutusu üçün yenə o alman dərmanxanasında 103 manat ödəyəsi oldum. Alternativ olmayanda əlacsız qalırsan.

Bu gün İstanbulda həmin təzyiq dərmanın bir qutusunu 12 türk lirəsinə aldım, yəni 3 manata!.... Yəni Bakıda satılandan 34 dəfə ucuz!!! Almaniyadan Bakıya gətiriləndən heç bir fərqi yoxdur. Eyni firma, eni tərkib! İndi görün "Avropa keyfiyyəti" adı altında milləti soyan bu növ alverçilərdə zərrə qədər insaf, mürvət, şərəf və ləyaqət vardır, yoxsa yox?"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm