Qırmızı.az
Cahangir Hacıyevin səhhəti yenidən pisləşdi
Azərbaycan Beynəlxalq Bankının İdarə heyətinin həbsdə olan sabiq sədri, hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Cahangir Hacıyevin səhhəti yenidən pisləşib.
Bu barədə Trend-ə C.Hacıyevin vəkili Aqil Layıcov məlumat verib.
Vəkil bildirib ki, dünən yenidən C.Hacıyevlə görüşüb: "Səhhəti normal deyil. Onun səhhəti dünən yenidən pisləşib. Həkimlər Cahangir Hacıyevə ilkin yardım göstəriblər. Mütəmadi olaraq ailəsi tərəfindən dərman preparatları ilə təmin olunur. Onun demək olar ki, hər gün vəziyyəti pisləşir".
Xatırladaq ki, Cahangir Hacıyevdə ürək-damar (aorta) genişlənməsi, fəqərələrarası yırtıqlar və yüksək qan təzyiqi var.
Qeyd edək ki, C.Hacıyev Cinayət Məcəlləsinin 179.3.2 (külli-miqdarda mənimsəmə) və 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunaraq barəsində Nərimanov rayon məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər