“Loti Quli”yə danışıq kartı ötürmək istəyən vəkil tutuldu - FOTO
Bizi izləyin

Qırmızı.az

“Loti Quli”yə danışıq kartı ötürmək istəyən vəkil tutuldu - FOTO

Azərbaycanda vəkilin cəzaçəkmə müəssisəsinə qadağan olunmuş vasitə keçirməsinin qarşısı alınıb.

Azərbaycanda vəkilin cəzaçəkmə müəssisəsinə qadağan olunmuş vasitə keçirməsinin qarşısı alınıb.

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.1; 182.3.2; 29.149.2.1; 29.149.2.4; 29.149.2.5; 317-2.1 və 67 maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş məhkum Nadir Nəriman oğlu Səlifovla görüşə gəlmiş vəkili Kamandar Rəfi oğlu Nəsibovun üzərinə baxış keçirilən zaman, əynindəki şalvarının içəri hissəsində gizlədilmiş, daxilində “Azercell” danışıq kartı olan 1 ədəd “Huawei” markalı modem aparatı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Qeyd edək ki, Nadir Sələfov “Loti Quli” adı ilə tanınan kriminal avtoritetdir. O, 2006-cı ildə 15 il müddətinə azadlıqdan məhrum edilib. Penitensiar Xidmətin açıqlamasında adı qeyd edilən məşhur vəkil Kamandar Nəsibov isə həm də Vəkillər Kollegiyasının rəhbərliyində təmsil olunur. Belə ki, o, Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvüdür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm