• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

"430-a yaxın gənc xarici ölkələrdə təhsil almaq imkanı əldə edib"

"430-a yaxın gənc xarici ölkələrdə təhsil almaq imkanı əldə edib"

"Bu gün "Kaspi" Təhsil Mərkəzinin 6-cı xaricdə təhsil sərgisinin açılışıdır. Bundan əvvəl keçirdiyimiz beş sərginin təcrübəsinə əsaslanaraq demək istəyirəm ki, bu sərginin də cəmiyyətin həyatında, xaricdə təhsil almağı arzu edən hər bir gəncin gələcək karyerasında mühüm rol oynayacq. Bu sərginin təşkili həm də bizim ənənəvi hal alan işlərimizdən biridir".

AZADİNFORM xəbər verir ki, bu sözləri "Kaspi" Təhsil Mərkəzinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva sərginin açılışı zamanı keçirdiyi brifinqdə deyib.

S.Vəliyeva bildirib ki, Azərbaycan dövləti təhsilin inkişafına böyük diqqət və qayğı göstərərək "2007-2011-ci illər xaricdə təhsillə bağlı dövlət proqramı qəbul edib. Bu proqramda göstərilirdi ki, 2015-ci ilə qədər 5 min nəfərə yaxın gənc Azərbaycanın inkişafı, təhsil strategiyamızın daha da möhkəmlənməsi üçün xaricdə təhsil alacaq: "Xaricdə təhsillə bağlı qəbul edilən bu proqramla da həm özəl, həm də dövlət təhsili müəssisələrinin üzərinə böyük iş düşdü. Biz özəl təhsil müəssisəsi olaraq bu təhsil siyasətinə dəstək vermək məqsədi ilə 2008-ci ildə "Kaspi"nin Xaricdə Təhsil bölməsini açdıq. Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra yüzlərlə gənc xaricdə təhsil almaq üçün bir sıra Avropa ölkələrə göndərildi. Cümhuriyyət dövründə və ondan sonralar da xarici ölkələrə yüzlərlə Azərbaycan gənci təhsil alamq üçün göndərilmişdi. Bundan sonra Ulu öndər Heydər Əliyev də fəaliyyəti dövründə yüzlərlə Azərbaycan gəncinin xaricdə təhsil alaraq Azərbaycana qayıtması üçün bir sıra fərmanlar imzaladı. O dövrdə xaricdə təhsil alıb ölkəmizə qayıdan şəxslər indi Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edir və Azərbaycanın daha da inkişaf etməsi üçün əllərindən gələni edirlər. Biz çox xoşbəxti ki, bizim belə düşüncəyə sahib olan Ulu öndərimiz olub və o, bu təhsil siyasətini böyük məmnuniyyət hissi ilə dəstəkləyib. Bu gün də ölkə başçısı İlham Əliyev Azərbaycanın Xaricdə Təhsil strategiyasına yüksək səviyyədə dəstək verir.


Ölkə başçısının bu sahəyə ayırdığı diqqət və qayğı bizə də şərait yaratdı ki, bu sahədə olan fəaliyyətlərimizi daha da gücləndirək. 2008-ci ildə etibarən "Kaspi" Təhsil Mərkəzinin fəaliyyəti nəticəsində 430-a yaxın gənc xarici ölkələrdə təhsil almaq imkanı əldə edib. Təkcə 2013-cü ildə "Kaspi" Təhsil Mərkəzi xaricdə təhsil almaq üçün 100 nəfər Azərbaycan gəncini xarici ölkələrə göndərdi. "Kaspi" Təhsil Mərkəzi hazırda dünyanın 150-yə yaxın tanınmış universiteti ilə partnyorluq əlaqəsi qurub. Dünyanın ilk 50 universiteti bizim partnyorluq əlaqəsi qurduğumuz 150 universitetin sırasına daxildir. Bizim Xaricdə Təhsillə bağlı proqram siyasətinə Toefl, İELTS proqramları daxildir. "Kaspi" Təhsil mərkəzində yüksək ixtisaslı müəllimlər çalışır. Bu müəllimlər arasında həm xaricdən dəvət olunanlar, həm də azərbaycanlı müəllimlər də var. Elmə, təhsilə olan münasibət dövlətə olan münasibətdir. Mən bu zaman peyğəmbərimizin bir sözünü xatırlatmaq istəyirəm. O, deyirdi: "Elm Çində olsa da onun arxasınca gedin". Bu gün bizim gənclərimizin həm də xarici ölkələrə getməyə ehtiyacı yoxdur. Çünki bizə, ölkə gənclərimizin həmin universitetlərlə tanış olması üçün o universitetlərin təmsilçilərini bugünkü sərgiyə dəvət etmişik. Azərbaycan gəncləri heç bir yol qət etmədən, heç bir vəsait xərcləmədə dünyanın bir sıra ölkələrinin universitetləri ilə bu sərgi sayəsində tanış ola bilərlər. Biz "Kaspi" Təhsi Mərkəzi olaraq eyni zamanda xarici ölkələrə təhsil almaq üçün göndərdiyimiz tələbələrlə də yaxından maraqlanırıq. Həmin gənclərin getdiyi ölkələrdə üzləşdikləri müəyyən problemləri də yerində həll etməyə çalışır və bu yöndə də tələbələrimizə dəstək oluruq.

Həmçinin "Kaspi" Təhsil Mərkəzi tələbələrinin topladığı ballara görə onların partnyorluq əlaqəsi olan dünyanın 150 universitetində təhsil almasına şərait yaradır. Bu sərgidən bəhrələnmək istəyən bütün Azərbaycan gənclərinə uğurlar arzulayıram".

Tədbirdə bildirilib ki, "Kaspi" Təhsil Mərkəzi 2007-ci ilin mayında təhsil sahəsinə yeniliklər gətirmək və beynəlxalq standartlara cavab verən təhsil sistemi yaratmaq məqsədilə qurulub. Mərkəzin əsas vəzifəsi gənclərdə maarifçi təfəkkürün inkişaf etdirilməsi, gələcək kadrların yetişdirilməsidir.

"Kaspi" Təhsil Mərkəzi savadlı müəllim kollektivi, münbit dərs şəraiti, zəngin avadanlığa malik sinif otaqları ilə təmin olunmuşdur. Mərkəzdə dərslərin keyfiyyətinin artırılması məqsədilə xüsusi laboratoriyalar və kabinetlər abituriyentlərin istifadəsinə verilmişdir. Bundan əlavə, mərkəzin minlərlə kitaba, DVD və CD-lərə malik zəngin kitabxana və oxu zalı da vardır. Mərkəzdə mütəmadi olaraq hər rübün sonunda sınaq imtahanları və hər ay valideyn iclası keçirilir. Mərkəzi bitirən gənclərin əksəriyyəti ABŞ, Böyük Britaniya, İsveçrə, Rusiya və s. ölkələrin nüfuzlu universitetlərində təhsil alırlar. Hazırda "Kaspi" Təhsil Mərkəzində xarici dillər, kompyuter kursları, 7-12 yaş arasında uşaqlar üçün xüsusi ingilis dili, TOEFL və DAAD proqramları, magistraturaya hazırlıq kursları fəaliyyət göstərir.

Sonra iştirakçılar sərgi ilə tanış olmuşlar. Sərgi 10-dək ölkəni təmsil edən 80-dən çox universitet və təhsil müəssisəsini Azərbaycanın paytaxtında bir araya gətirmişdir. Sərgidə dünyanın nüfuzlu xarici təhsil müəssisələri barədə məlumat kitabları, bukletlər və s. nümayiş etdirilmiş, ekspertlər tərəfindən qəbul şərtləri, təhsil proqramları barədə məlumat verilmişdir.

Bütün sərgi ziyarətçilərinin təhsil ocaqlarının nümayəndələri ilə birbaşa ünsiyyət qurmaq, təhsil müəssisələri, universitetlərə qəbul, ödənişsiz təhsil, təqaüdlər, tələbə vizalarının verilməsi qaydaları, tələbə həyatının xüsusiyyətləri və digər vacib detallar barədə məlumat almaq imkanları olub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR